|
• DünyadaTürkiyə Məclisində Xocalının soyqırımı kimi tanınması təklif olunacaqHakim partiya soyqırımının parlamentdə tanınmasına ehtiyatla yanaşır -Türkiyədə Milliyətçi Hərəkat Partiyasının (MHP) deputatları Xocalı soyqırımının Böyük Millət Məclisində tanınması üçün məsələ qaldıracaq Ahlibeyt.az-ın ANsPress-ə istinadən verdiyi xəbərə görə,Türkiyəli millət vəkilləri hesab edir ki, Türkiyə dövləti Ermənistanın yalançı siyasətinə qarşı Xocalı soyqırımını tanımalı, dünyaya çatdırmaqda yardımçı olmalıdır. Türkiyə Böyük Millət Məclisində Xocalı faciəsi ilə bağlı müzakirələr əslində hər il aparılır. Amma hakim Ədalət və İnkişaf Partiyası (AKP) soyqırımının qanunverici orqan tərfindən tanınmamasını erməni lobbisnin bundan Türkiyəyə qarşı arqument kimi istifadə edəcəyi ilə əsaslandırır. “Bəli Xocalı hadisələri bir qətliamdır. Xocalının soyqırımı və ya faciə olması barədə qərarı Türkiyə Böyük Millət Məclisi verməməlidir. Bu barədə qərarı tarixçilər verməlidir”, – deyə AKP millət vəkili Necdet Ünüvar bildirib. Ankara Xocalı soyqırımı ilə əlaqədar parlament səviyyəsində hələ həlledici addım ata bilməsə də hadisənin ildönümü ilə bağlı Türkiyənin müxtəlif yerlərində hər il sərgilər, mitinq və yürüşlər keçirilir. Ən böyük yürüş isə 2012-ci ildə soyqırımının 20 illiyi münasibətilə Taksimdə keçirilib. Həmin vaxt minlərlə insanın qatıldığı yürüş erməni lobbisnin böyük narahatlığına səbəb olmuşdu. Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı Türkiyənin müxtəlif şəhərlərində bu il də anım tədbirlərinin keçiriləcəyi istisna edilmir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Fevral, 2016 11:30 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |