إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

“Məhəmməd(s) Allahın rəsulu” filminə baxarkən gözlərim yaşardı - Nikita Mixalkov

Moskvada İranlı kinorejissor Məcid Məcidinin “Məhəmməd Allahın rəsulu” filminin premyerası olub.

Ahlibeyt.az-ın Ria agentliyinə istinadən məlumatına görə, tanınmış aktyor və rejissor Rusiya Kinomatoqrafçılar Şurasının sədri Nikita Mixalkov filmin nümayişindən sonra təəssüratlarını bölüşərkən açıqlama verərək bildirib: ”Rusiyada yaşayan insanların çoxuna Məhəmməd peyğəmbərin uşaqlığından bəhs edən film imkan verəcək ki, əsl islam haqqında həqiqətlə tanış olsunlar,onu hiss etsinlər”.

Filmin nümayişindən sonra N. Mixalkov mülahizələrini jurnalistlərlə bölüşüb: “Etiraf edim ki, ekrana baxarkən gözlərim yaşarırdı. Bu film isə əsl blokbaster və poeziya nümunəsidir”.

Rejissor ümid edib ki, belə bir film nə vaxtsa "Məsihilik" barədə də çəkiləcək. Amma özünün belə bir ekran əsəri çəkməyi hələlik planlaşdırmadığını qeyd edib - Bu böyük bir məsuliyyət tələb edir.Amma açığını deyim ki, İsa Məsih haqqında belə bir film çəkməyi istərdim”

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Fevral, 2016  13:01 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!