|
• Mənəviyyat • MənəviyyatHədislərdə İmamət və vilayət – Yer üzü heç zaman Höccətsiz qalmazHədislərdə təkidlə vurğulanan məsələlərdən biri də yer üzünün ilahi höccətsiz qalmamasıdır. Əhli-beyt imamlarından (ə) bizə gəlib çatan bir çoxhədislərdə bu məsələyə dəfələrlə toxunulmuş və yer üzünün imamsız (yaxud peyğəmbərsiz), ümumiyyətlə, ilahi höccətsiz qalmayacağı göstərilmişdir. “Üsuli-kafi” kitabının iki bölümü bu məsələyə həsr edilmişdir: bir bölümdə “İnnəl-ərzə la təxlu min huccətin” (Həqiqətən, yer üzü höccətsiz qalmaz!) adıilə imam Baqir (ə), imam Sadiq (ə), imam Rza (ə) və digər imamlardan on üç rəvayət, ikinci bölümdə isə “İnnəhu ləv ləm yəbqə fil-ərzi rəculani ləkanəəhəduhuməl-huccətə” (Həqiqətən, yer üzündə yalnız iki nəfər insan qalsa, onların biri ilahi höccətdir!) adı ilə beş rəvayət qeyd edilmişdir. Burada həriki bölümün bəzi rəvayətlərinə işarə edəcəyik: İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə belə buyurulur: اِنَّ الْاَرْضَ لا تَخْلُوا اِلاّ وَفِيها اِمامٌ كَيْما اِنْ زادَ الْمُؤمِنُوا شَيْئاً رَدَّهُمْ وَاِنْ نَقَصُوا شَيْئاً اَتَمَّهُ لَهُمْ: “Yer üzü heç vaxt imamsız qalmaz; əgər möminlər (səhvən ilahi təlimlərə) bir şeyi artırsalar, onların qarşısını alar, əgər bir şeyi azaltsalar,onu bərpa edər.” (“Üsuli-kafi”, c.1, səh.178-179, 1-ci bölüm, hədis 2 və 6.) O həzrətdən nəql olunan başqa bir hədisdə buyurulur: “Allah-Taalanın yer üzünü ədalətli bir imamsız qoyması qeyri-mümkündür!” Hətta bəzi hədislərdə göstərilir ki, əgər yer üzü bir an belə imam və ilahi höccətsiz qalsa, zəlzələ baş verər və yer əhlini özünə çəkər. (“Üsuli-kafi”c.1,bölüm 1,hədis 11-13.) İmam Sadiqin (ə) buyurduğu bir hədis belədir: لَوْ كانَ النّاسُ رَجُلَيْنِ لَكانَ اَحَدُهُما الْاِمامُ: “Əgər dünyada yalnız iki nəfər qalsa, onların biri mütləq imamdır!” Başqa bir hədisdə isə belə buyurulmuşdur: وَاِنَّ آخِرُ مَنْ يَمُوتُ اَلْاِمامُ “Həqiqətən, (dünyada) hamıdan axırda ölən şəxs imam olacaq!” (“Üsuli-kafi”, “Ənnəhu lov ləm yəbqə illa rəculani ləkanə əhəduhuməl-imam”bölümü, hədis 3.) “Üsuli-kafi” kitabında nəql olunan on səkkiz rəvayətlə yanaşı, “Nəhcül-bəlağə”də də buna aydın işarə edilmiş, imam Əlinin (ə) Kumeyl ibn Ziyadabuyurduğu mühüm bəyanatında belə göstərilmişdir: اَللّهُمَّ بَلى لا تَخْلُوا الْاَرْضُ مِنْ قائِمٍ لِِلّهِ بِحُجَّةٍ، اِمّا ظاهِراً مَشْهُوراً وَاِمّا خائِفاً مَغْمُوراً، لِئَلاّ تَبْطُلَ حُجَجُ اللهِ وَبَيِّناتُهُ: “Yer üzü heç vaxt (dinin dayağı olan) ilahi höccətsiz qalmaz. Mümkündür o, aşkara çıxıb tanınsın, ya da qeybdə qalaraq məxfi dolansın. Səbəbibudur ki, Allahın dəlil və aydın nişanələri aradan getməməli, həmişə yer üzündə mövcud olmalıdır!” (“Nəhcül-bəlağə”, xütbə 147.) Mərhum Əllamə Məclisi “Biharul-ənvar” kitabının 23-cü cildinin “Əl-iztiraru iləl-huccəti” (İlahi höccətin vücudunun zəruriliyi) bölümündə bu məsələilə əlaqədar on səkkiz hədis nəql etmişdir ki, onların bir qismini “Üsuli-kafi”dən, çox hissəsini də digər kitablardan nəql etmişdir. Beləliklə, hər bir əsr və dövrdə yer üzü ilahi höccətsiz deyildir və bu məsələ Əhli-beyt (ə) məktəbinin qəti etiqadlarındandır.İmam Kazimdən (ə)nəql olunan bir hədisdə belə buyurulur: “Yer üzü bir göz qırpımınca ilahi höccətsiz qalmayacaq – istər aşkar tanınsın, istərsə də gizli yaşasın!”(“Biharul-ənvar”, c.47, səh.41.) İlahi Höccötin zəruriliyinə aid məntiqi dəlillər: Bu rəvayətlər əqli sübutlarla da uyğundur və hər bir dövrdə bir imam, yaxud bir peyğəmbərin vücudunun zəruriliyi labüddür. “Lütf qanunu” (kəlamelmində Allahın mərhəmətilə əlaqədar əqli bir dəlil) buna tutarlı sübutdur və bu qanun yer kürəsində iki nəfər qalsa belə həmişə öz qüvvəsindədir. “Lütf qanunu”nda belə deyilir: “İnsanı səadət və təkamülə yetirmək məqsədilə yaradan, onun boynuna müəyyən vəzifələr qoyan Xaliqə onun hidayət və tərbiyəsi ilə əlaqədar qabaqcadan bir sıra hazırlıq görmək və o yüksək hədəfə nail olmaq. Mənbə:Maide.az(Rza Şükürlü) Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Fevral, 2016 13:54 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |