إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Vaşinqtonda Quran sərgisi keçiriləcək

ABŞ-ın paytaxtı Vaşinqtonda prezident seçkiləri ilə eyni zamanda Quran-Kərimin qədim əlyazma nüsxələri sərgisi keçiriləcəkdir.

Ahlibeyt.az-ın  İqna-ya istinadən verdiyi xəbərə görə,bu barədə "The Art Newspaper"agentliyi məlumat yayıb.

Amerikanın paytaxtı Vaşinqton şəhərində ABŞ prezident seçkiləri ilə eyni zamanda dünyanın müxtəlif ölkələrinin iştirakıyla Quran-Kərimin qədim əlyamza nüsxələri sərgisi keçiriləcəkdir.

Vaşinqtonun "Frir" və "Sakler" (Freer and Sackler Galleries) incəsənət qalareyasında keçiriləcək bu sərgidə Orta Şəqrin Ərəbdilli ölkələri, İran, Türkiyə və Şimali Afrikadan gətirilmiş 50 əlyazma nüsxə sərgilənəcəkdir.

Bu sərgi cari ilin Oktyabr ayının ortalarında Amerika prezident seçkilərindən bir neçə həftə öncə "Smithsonian İnstitution" müəssisəsinin nəzdində olan və dünyanın ən böyük elmi, tədqiqi və mədəni muzeyi sayılan "Frir" və "Sakler" (Freer and Sackler Galleries) incəsənət qalareyasında keçiriləcək.

"Freer and Sackler Galleries"r'hb'ri Culin Rabi bildirib: Bu sərgi müxatəblər üçün fürsət yaradacaq ki, ən gözəl incəsənət nümunələri olan bu qədim Quran nüsxələrini ərsəyə gətirmiş incəsənət ustalarının məharət və peşəkarlıqları və həmçinin bu qədim əlyazma Quran nüsxələrinin üzünü çıxarmış (istinsaxaq, kopi) və toplayaraq saxlamış insanlarla yaxından tanış olsunlar.

Sərgidə 9 əsr öncədən indiyədək olan Quran nüsxələri, 13-14 əsrlərdə Dəməşqdə yaradılmış və dünyada yayılmış Quran incəsənəti və 16 və 17-ci əsrlərdə Osmanlılar dövründə yazılmış Quran nüsxələri nümayiş olunacaq.

Bundan əlavə sərgidə Quranla bağlı və müxtəlif yerlərdən toplanmış tarixi eksponatlarda səgrilənəcək.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Fevral, 2016  15:14 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!