|
• Mənəviyyat • MənəviyyatAyətullah Məzahiri: Namazda tənbəl olanın aqibəti xeyirli olmaz Ayətullah Məzahiri namazla bağlı gənclərə bəzi nəsihətlər verib. O, gənclərin namaza çox əhəmiyyət verməsini təkid edərək, namazda tənbəl olan şəxsin aqibətinin xeyirli olmayacağını deyib.
Din alimi qeyd edib ki,namazda tənbəl və süstlük,namazı kiçik görmək çox təhlükəlidir.
Ayətullah Məzahiri daha sonra deyib: "Uca Allahın bizə verdiyi ilk əmr namazdır. Bütün dinlərin namazı olmuşdur. Amma İslam dininin namazı da özü kimi xüsusidir. Sizlər gündə ən azı on dəfə Allahdan "sizi, özlərinə nemət verdiyi kəslərin yolu olan, qəzəbinə düçar olanların və azğınların olmayan siratul-müstəqimə hidayət etməsini" istəyirsiniz. Yəni peyğəmbərlərin yoluna hidayət olmağı istəyərək, Allahın qəzəbinə düçar olmuşların və yolunu itirmişlərin yoluna düşməkdən də xilas olmağı istəyirsiniz.
Ayətullah vurğulayıb ki,qayda-qanunlarına uyğun şəkildə qılınacaq bir namaz insanın aqibətinin xeyirli olacağının təminatı olduğu kimi, namazda tənbəllik etmək də aqibətin pis olmasına yol açır. Çünki qayda-qanunlarına uyğun şəkildə namaz qılan insan siratul-müstəqimdə getdiyi üçün gec-tez məqsədinə çatır. Çünki o, yola daxil olub. Amma namaz qılmayan və ya düzgün şəkildə namaz qılmayan kəs yola çıxmadığı üçün heç zaman məqsədə çatmayacaq."
Mənbə:Maide.az
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Fevral, 2016 17:11 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |