|
• DünyadaDəməşqin Zeynəbiyyə bölgəsində törədilən terror aktı Cenevrə sülh danışıqlarına qarşı yönəlibSuriya XİN-i bazar günü BMT TŞ-na və təşkilatın Baş Katibinə məktub ünvanlayaraq bildirib ki, Dəməşqdəki terror aktı Səudiyyə Ərəbistanı,Türkiyə və Qətər tərəfindən Cenevrədəki Suriya sülh danışıqlarını pozmaq cəhdidir. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə "Ria" agentliyi məlumat yayıb. Suriyanın paytaxtı Dəməşqdə törədilən terror aktları nəticəsində ölənlərin sayı 76-ya çatıb, 110 nəfər yaralanıb. Bundan əvvəl verilən məlumatda 59 nəfərin öldüyü, 128 nəfərin yaralandığı bildirilib. Ötən gün Suriya paytaxtının şiə məhəlləsi olan Seyyidə Zeynəb məhəlləsində üç partlayış törədilib. Terrorçular partlayıcı qurğulardan birini məsafədən partladıblar. Partlayıcı avtomobildə yerləşdirilib. Daha bir partlayışı isə terrorçu-kamikadze yaxınlıqdakı marşrut avtobusunda törədib. Bir neçə dəqiqədən sonra daha bir kamikadze özünü partladıb. “Al-Jazeera" televiziya kanalı terror aktları ilə bağlı məsuliyyəti İŞİD terror təşkilatının üzərinə götürdüyünü bildirib. .Eyni zamanda Suriya XİN-i bazar günü BMT TŞ-na və təşkilatın Baş Katiğbinə məktub ünvanlayaraq Dəməşqdəki terror aktı Səudiyyə Ərəbistanı,Türkiyə və Qətər tərəfindən yönəlmiş Cenevrədəki danışıqları pozmaq cəhdi olduğunu bildirib. Öz növbəsində Avropa Birliyi xarici işlər nümayəndəsi Federiko Moreqini də terror aktınin Cenevrədə keçirilən Suriya danışıqlarının pozulmasına yönəldiyini bildirib. Qeyd edək ki,yanvarıni 29-u BMT nəzarəti altında Cenevrədə Suriya sülh danışıqları öz işinə başlayıb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Fevral, 2016 11:07 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |