|
• DünyadaRomada IV Qlobal Bakı Forumuna Yüksək Səviyyəli Hazırlıq Görüşü keçirilirİtaliyanın paytaxtı Romada “Dinlərarası dialoq vasitəsilə radikallaşma və ekstremizmə cavab” mövzusuna həsr olunan IV Qlobal Bakı Forumuna Yüksək Səviyyəli Hazırlıq Görüşü öz işinə başlayıb. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki,İtaliyanın Beynəlxalq Təşkilatlar üzrə Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə İtaliya Senatında baş tutan tədbirdə dünyanın bır sıra nüfuzlu liderləri iştirak edir. Tədbirə komitə sədri Nazim İbrahimov da qatılıb. İştirakçılar sırasında Bolqarıstan prezidenti Rosen Plevneliyev, Makedoniya prezidenti Giorge İvanov, İtaliya Senatının prezidenti Pietro Qrasso, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Serageldin, Latviyanın sabiq prezidenti Vayra Vike-Frayberqa, İSESCO-nun baş direktoru Əbdüləziz Əl-Tuveyrci, Ərəb Dövlətləri Liqasının sabiq baş katibi Əmr Musa, İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini də var. İtaliya, Polşa, Xorvatiya, Andorra, Latviya, Ukrayna, Rumıniya, Moldova, Albaniya, Serbiya və Bolqarıstanın sabiq prezidentləri də toplantıya qatılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Yanvar, 2016 13:45 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |