|
• DünyadaAvropa Parlamentində jurnalistə hicab qadağası Avropa Parlamenti Mətbuat Bürosu rəsmiləri Avropa Parlamentinin yanvar ayı iclaslarını və Türkiyənin Avropa Birliyi (Aİ) naziri Volkan Bozkırın görüşlərini izləmək üçün Strasburq şəhərində fəaliyyət göstərən Türkiyənin "Anadolu" Agentliyinin müxbirinə "hicabını açmadan akkreditasiya kartı verməyəcəklərini" deyib.
Ahlibeyt.az-ın Faktxeber-ə istinadən məlumatına görə,müxbir bildirib ki, daha əvvəl bir neçə dəfə Avropa Parlamentində və Avropa Şurasında iclasları izləmək üçün akkreditasiya olub və belə bir çətinliklə qarşılaşmayıb. Bu sözlərinə cavab olaraq isə akkreditasiya edən rəsmi şəxs ona bildirilib ki, "O halda, başqa qapıdan daxil olmağa çalışın. Başınız açıq fotonuzu çəkməsəm, sizə kart vermərəm".
"Anadolu" müxbiri və Avropa Parlamentinin rəsmisi arasındakı mübahisəni lentə almaq istəyən TRT operatoruna isə təzyiq göstərilərək, çəkdiyi görüntülər zorla sildirilib.
Təhlükəsizlik xidmətinin əməkdaşı digər Türkiyə mətbuat mənsublarının da içəri girişinə icazə verməyərək, TRT operatorunu da akkreditasiya kartını əlindən almaqla təhdid edib.
"Anadolu" müxbirinin israrla tətbiqin hüquqi əsasını soruşmasından sonra məsələyə müdaxilə edən protokol məmuru vəziyyətin səhv başa düşüldüyünü, müxbirin baş yaylığını "bir az geriyə çəkərək" foto çəkdirə biləcəyini, bu şəkildə akkreditasiya almasında problem olmayacağını söyləyib.
Müxbir təxminən yarım saat davam edən hadisədən sonra fotoşəkil çəkdirərək görüşləri izləyə bilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Yanvar, 2016 09:26 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |