إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İraqda İmam Hüseyn (ə) zəvvarları üçün qonaq evləri kompleksi istifadəyə veriləcək - FOTO

İmam Hüseyn (ə) zəvvarları üçün “Seyyid-ül-Övsiya” qonaq evləri kompleksi yaxın gələcəkdə istifadəyə veriləcək.

Ahlibeyt.az-ın maide.az-a istinadən məlumatına görə,bu yaşayış kompleksi Bağdad-Kərbəla yolunda tikilir. 70 min kvadrat metr ərazidə tikilin kompleksdə zəvvarların istirahəti üçün qonaq evləri, 1000 nəfərlik iki mərtəbəli məscid tikilir.

“Seyyid-ül-Övsiya” qonaq evləri kompleks layihəsinin icraçı direktoru Casim Məhəmməd Casim deyib ki, bu kompleksdə 11 istirahət mərkəzi, bir neçə yaşayış evi, sağlamlıq mərkəzi, su təmizləmə mərkəzi və restoranlar var.

Kompleksin tikintisində modern texnologiyalardan istifadə olunub. Kompleksin təhlükəsizliyinin təmini üçün təhlükəsizlik kameraları quraşdırılıb.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Yanvar, 2016  12:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!