|
• Dünyadaİranda Səudiyyə səfirliyinə hücumun təşkilatçısı saxlanıldıİran təhlükəsizlik qüvvələrinin əməkdaşları Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücumun əsas təşkilatçısını saxlayıb
Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün İranın Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Məhəmməd Rza Möhsenisani bildirib.
“Hücumda iştirak edənlərin əksəriyyətini saxlamaq mümkün olub. Səfirliyə hücumun əsas təşkilatçısı ölkəyə daxil olan kimi saxlanılıb, hazırda onun işi üzrə proses davam etdirilir”, deyə məmur bildirib.
Möhsenisaninin sözlərinə görə, hücum heç də təsadüfi xarakter daşımayıb, əksinə, saxlanılan şəxs tərəfindən planlı şəkildə təşkil edilib. O xaricdən verilən göstərişləri və əmrləri yerinə yetirib.
Məlumata görə, polis həmçinin hücumun digər əsas iştirakçılarını da saxlamağa müvəffəq olub. Saxlanılan şəxslərin kimliyi açıqlanmır.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı yanvarın 3-dən İranla diplomatik əlaqələri kəsdiyini bəyan edib. Tehranla Ər-Riyad arasındakı münasibətlərin gərginləşməsinə səbəb şiə din xadimi, vaiz Nimr ən-Nimrin Səudiyyə Ərəbistanında edam edilməsi olub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Yanvar, 2016 11:42 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |