إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Rusiya-Türkiyə münaqişəsi Krımın baş məscidinin tikintisini uzadıb - müfti

Krımın paytaxtı Simferopolda yarımada müsəlmanlarının başlıca dini obyekti olacaq baş məscidin tikintisi Rusiya ilə Türkiyə arasında yaranan münaqişə səbəbilə uzanıb.

Ahlibeyt.az-ın  Salamnews-a istinadən verdiyi xəbərə görə,Ria agentliyi məlumatında bunu Krım müftisi Emirali Ablayev bildirib.

O qeyd edib ki, Krımın baş məscidinin tikintisinin baş podratçısı Türkiyənin “Erbek” tikinti şirkəti olub.

Ablayevin sözlərinə əsasən, məscid tikilmədən əvvəl böyük hazırlıq işləri görülüb.

“Təəssüf ki, Rusiya və Türkiyə arasındakı münaqişə səbəbilə proses uzanıb, lakin dayanmayıb. Krımın baş məscidinin tikintisi Rusiya prezidentinin hamiliyi altındadır və düşünürəm ki, yollar tapılacaq və biz işimizə davam edəcəyik.”, - Ablayev "Ümumkrım krım-tatar din xadimləri" və “Krımın müsəlman ümməsinin vahidliyinə yeni çağırışlar” ictimai təşkilatlarının konfransının açılışında söyləyib.

Konfransda 350 Krım müsəlman icması, 42 krım-tatar siyasi və ictimai birliklərinin nümayəndələri, krım-tatar ziyalıları iştirak ediblər.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Yanvar, 2016  11:43 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!