إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İŞİD 2015-ci ildə Suriyada 1 800 uşağı sıralarına cəlb edib

İŞİD terror qruplaşması 2015-ci ildə 1 800 uşağı öz sıralarına qatıb

Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə, bu barədə Suriya İnsan Haqları üzrə Müşahidə Şurası məlumat yayıb.

Məlumata əsasən, uşaqlardan azı 48 nəfəri terrorçu-kamikadze qismində həlak olub. Suriyada İŞİD-in nəzarəti altında olan ərazilərdə yetkinlik yaşına çatmamış uşaqların qəbulu üzrə xüsusi məntəqələr fəaliyyət göstərir.  Təlim düşərgələrində hazırlıq keçənlər daha sonra döyüş əməliyyatlarında iştirak edir və yaxud terror aktları törədirlər.

Şuranın hesablamalarına görə, 2016-ci ilin yanvarında terrorçular 175 nəfərdən ibarət növbəti qrupun hazırlığını başa çatdırıblar.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Yanvar, 2016  14:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!