إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Mərakeşdə Peyğəmbərin minatürü çəkilmiş jurnalın yayımı qadağan edilib

Mərakeş hakimiyyəti Məhəmməd Peyğəmbərin (s) təsviri olan fransız "Sciences et avenir"" jurnalının nömrələrinin ölkə ərazisində yayılmasını qadağan edib.

Ahlibeyt.az-ın Tass-a istinadən verdiyi xəbərə görə,qadağanın səbəbi "Tanrı və elm" adlı məqalədə Məhəmməd Peyğəmbərə(s) aid çəkilmiş  XVI əsr miniatürlərin jurnalda dərc olunması olmuşdur.

Məlumata görə qadağa Mərakeş  rabitə naziri Mustafa əl-Xəlfi tərəfindən verilmişdir.

Nazir qeyd etmişdir ki, "Allah və onun Peyğəmbərlərinin şəklinin çəkildiyi hər hansı bir jurnalın yayılması barədə söhbət də gedə bilməz.Mərakeşlilərin inam hisslərinə toxuna biləcək hər hansı bir məqalənin ölkədə yayılması mümkün deyil", - deyə dövlət rəsmisi bildirib.

O,əlavə etmişdir ki,sözügedən jurnaldakı məqaləyə bizim heç bir iradımız yoxdur,irad yalnız orada verilən təsvirlərlə əlaqəlidir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Yanvar, 2016  17:06 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!