|
• DünyadaAyətullah Xameneyi:İncəsənət fiqhinin inkişaf etdirilməsinə ehtiyac var“İncəsənət bəyənilmiş və humanist bir sahə olaraq, güclü təxəyyülün, mükəmməl zövqün,yaradıcılıq qabiliyyətinin məhsuludur - İncəsənət insan həyatının ayrılmaz bir hissəsidir”. Ahlibeyt.az-ın Leader.ir-ə istinadən verdiyi xəbərə görə, bunu İranın Ali dini lideri Ayətullah Seyyid Əli Xameneyi "İncəsənət şəriət baxımından" milli forumunun təşkilatçıları ilə görüşdə çıxışı zamanı bildirib. O,vurğulayıb ki,incəsənətlə bağlı şəri hökmlərin verilməsi üçün fəqihin incəsənət,onun hüdud və çərçivələri ilə tanış olması lazımdır. Görüş zamanı incəsənətin əhəmiyyətinə toxunan Ayətullah Xameneyi bildirmişdi ki, teoloji mərkəzlərin fiqh və incəsənət mövzusuna yaxından maraq göstərməsi onu sevindirir. O qeyd etmişdir ki,“İncəsənət bəyənilmiş və humanist bir sahə olaraq, güclü təxəyyülün, mükəmməl zövqün məhsulu,yaradıcılıq qabiliyyətinin məhsuludur.İncəsənət insan həyatının ayrılmaz bir hissəsidir. Fəqihlər və teoloji mərkəzlərdə, şeir və ədəbiyyat sahəsində hər zaman görkəmli sənət adamları olmuşdur”. Ayətullah Xameneyi çıxışı zamanı deyib: "Fiqh və incəsənət mövzusunun tədqiq edilməsi, bu məsələnin dərinliklərinə varılması, cəmiyət üçün qaranlıq məqamlara aydınlıq gətirilməsi mübarək və lazımlı bir işdir. O həmçinin vurğulamışdı: “Fiqh insan həyatının bütün sferalarını zəmanət altına alır. İncəsənət də bu sferalardan biri olduğuna görə fiqh onunla da məşğul olmalıdır. İncəsənətlə bağlı məsələlər barədə şəri hökm çıxarıb fiqh nöqteyi-nəzərindən fikir yürütmək üçün fəqihin incəsənət, onun çərçivə və hüdudları ilə tanışlığı olmalıdır.İslam dini incəsənəti nəinki təkcə qəbul edir, hətta insanları buna təşviq belə edir. Tarixdə dinimizin incəsənətə olan bu diqqət və təşviqini göstərən nümunələr çoxdur”. İncəsənətin müasir insanın həyatı ilə birbaşa əlaqəyə malik olduğuna və insanların düşüncələri və həyat tərzinə birbaşa təsir edir.İncəsənət sahəsində bir sıra məşhur fitvalar barəsində dəqiq araşdırmaların aparılması yolu ilə, yeni fikirlər bəyan etmək olar." Ayətullah Xameneyi fiqh və incəsənət mövzusuna yeniliklər gətirmək üçün nələrin tələb olunduğu barədə aşağıdakıları qeyd etmişdi: “Fiqhi baxımdan intizama ciddi surətdə diqqət yetirilməli, ictimai atmosferin təsiri altına düşmədən, şiə fəqihlərinin yazılı mənbələrdən və sünnədən dini hökmləri əldə edərkən işlətdiyi metod və prinsiplərdən istifadə edərək fiqh və incəsənət problemləri ilə bağlı olaraq da nəticə əldə edilməlidir”. O, incəsənətdə şəri qanun-qaydaların gözlənməsi kimi müsbət bir ənənənin əsasının qoyulmasını, fiqh və incəsənət mövzusunda forumların keçirilməsini müsbət dəyərləndirərək forumun təşkilatçılarına xitabən buyurmuşdur: “Bu iş bundan çox-çox əvvəl görülməli idi və indiki halda onu durmadan davam etdirmək lazımdır”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Yanvar, 2016 14:46 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |