إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Tbilisidə "İslam sülh və humanizm dinidir" adlı toplantı keçirilib

Tbilisidə Gürcüstan Müsəlmanları İdarəsinin(GMİ)) təşəbbüsü ilə "Islam sülh və humanizm dinidir" adlı toplantı keçirilib.Toplantıda din, dövlət və ictimaiyyət xadimləri və azərbaycanlı ziyalılar iştirak edib.
GMİ-dən Ahlibeyt.az-a verilən məlumata görə,tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Gürcüstanın baş nazirinin köməkçisi Savalan Mirzəyev, GMİ müftisinin Marneuli üzrə nümayəndəsi Etibar Eminov, Marneulinin baş axundu Hacı Əziz Nəbiyev, Soğanlıq kənd icra nümayəndəsi Bayram Cəfərov, Ağsaqqallar Cəmiyyətinin sədri İsak Novruzov, Hacı Mayak Nemətov və başqaları iştirak edib.

Cıxışlar zamanı dünyada ağır günlər yaşandığını - İslam dini altında terrorizm və radikalizmə zəmin yaradıldığını, nəticədə isə bəzi qüvvələr tərəfindən İslamafobiya və İslamı parçalama siyasəti aparıldığı qeyd olunub.
Tədbirdə son günlərdə Səudiyyə Ərəbistanından olan din xadimi Şeyx Nimrin və bir neçə şəxsin haqsız edamı,Gercüstanda azərbaycanlıların kompakt yaşadığı Soğanlıq kəndində baş verən dindarın qətli,bəzi ölkələrdəki islamofob mətbuat tərəfindən Peyğəmbərimizə çəkilən karikaturların müsəlmanların hisslərinə toxunduğunu və onlarda kin və qəzəb atəşinin alovlanmasına, qarşıdurma yaranmasına səbəb olduğunu bildiriblər.

GMİ-nin şeyxi Hacı Ramin İgidov çıxışı zamanı soğanlıq kəndində baş verən qətl hadisəsinə toxunaraq bildirib ki,bu qətl hadisəsinin tək nəticəsini deyil səbəb və mənşəyini araşdırmaq lazımdır. Gürcüstanda baş verən hadisələrdə dövlət, ictimaiyyət nümayəndələri, dindarlar və ziyalıların gücündən və məsləhətlərindən geniş istifadə edilməlidir. Ölkədə baş verən hər bir mənfi hərəkətin bir daha təkrarlanmaması üçün qarşısı ciddi şəkildə, vaxtında alınmalıdır, dini maarifçilik inkişaf etdirilməli, orta və ali təhsil ocaqlarında ənənəvi İslamın proqramlı tədrisinə şərait yaradılmalıdır.

Tədbirin sonunda Gürcüstanın bir qrup din, dövlət və ictimaiyyət xadimləri ölkənin ictimaiyyətinə bir müraciət qəbul edib. Müraciətdə dünyanın hər yerində baş verən, millətindən, irqindən və dinindən asılı olmayaraq insan qırğınları, terror və soyqırımları, təcavüz və işğallar pislənilib. Ölkə və dünyadakı müxtəlif dinlərin və məzhəblərin rəhbərlərini və inanclı mənsublarını bu sahədə soyuqqanlı davranmağa, diqqətli və həmrəy olmağa dəvət edib, dünyaya sülh, barış və əminamanlıq arzulayıblar.

Sonda qonaqlar ehsan süfrəsinə dəvət ediliblər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Yanvar, 2016  09:53 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!