إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

ABŞ-ın "Oak Ridge" protestan kilsəsində İslam təlimi kursları keçirilir

 

Mən həmişə istəyirdim ki, İslam barədə insanlarla söhbət edim. Bu gün bizim ölkəmizdə çətin bir şərait yaranmışdır. İslam əleyhinə fəza yaranmışdır ki, bu da bu din haqqında insanlarda məlumatın az olmasından irəli gəlir.

Ahlibeyt.az-ın İqna-ya istinadən verdiyi xəbərə görə,Knoxnews agentliyinin məlumatında bunu ABŞ-ın Mervel dinlər kollecinin dosenti Filip Şermen bildirib.

Filip Şermen bildirib ki, ABŞ-ın Tennesi ştatı kilsəsində bu ilin Yanvar ayının 10-dan başlayaraq Fevral ayının 8-dək İslam təlimi kursları keçəcəkdir.

O qeyd edib ki, təlim kursları 5 həftə müddətində və hər həftənin birinci günləri ABŞ-ın Tennesi əyalətinin Okric (Oak Ridge) şəhərinin Protestant kilsəsində baş tutacaq.

Kurslarda "Quranın nazil olması", "İslamın dünyaya gəldiyi yer və Həzrət Məhəmmədin (s) həyatı", "şiə və sünni", "dinə əməl etmək üçün 5 əsas üsul" və "qərb və İslamın üzləşməsi" kimi mövzularda təlimlər olacaqdır.

Orkis kilsəsinin keşişi Şarun Yangez bu barədə deyib: Bu kurslar müsəlman bacı və qardaşlarımızın əqidəsinə hörmətlə yanaşmaq zimnində həqiqət və əfsanələri bir-birindən ayırmaq üçün gözəl fürsətdir. Bu kurslarda çalışılacaq ki, dünyanın cəmiyyətinin 23%-ni təşkil edən 1 milyard və 6 yüz milyon müsəlmanlar və dünyanın ikinci böyük və daima sürətlə inkişafda olan dini sayılan İslam dini haqqında məlumatlar verilsin.

Qeyd edək ki, bir ay müddətində keçiriləcək kurslarda iştirak pulsuz olacaqdır.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Yanvar, 2016  14:22 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!