|
• DünyadaNigeriya polisi: Şeyx Zəkzaki sağdırNigeriya polisi və ordusu həbsdə olan tanınmış alim Şeyx Zəkzakinin tərəfdarlarına o alimin sağ olduğunu elan edib.
Ahlibeyt.az-ın maide.az-a istinadən verdiyi xəbərə görə, son günlər Nigeriyada bu ölkənin Əhli-Beyt (ə) tərəfdarlarının lideri Şeyx İbrahim Zəkzakinin dəstəklənməsi məqsədi ilə keçirilən etiraz aksiyaları artıb və etirazçılar o alimin azadlığa buraxılmasını tələb edirlər.
Etirazçılar həmçinin Şeyx Zəkzakinin ağır yaralandığını və həbs olunduqdan sonra onun taleyi ilə bağlı heç bir məlumatın verilmədiyini və bunun onları narahat etdiyini elan ediblər. Bundan sonra Polis etirazların çoxalmasını və narahatlıqların artmasını nəzərə alaraq rəsmən elan edib ki, Şeyx Zəkzakinin sağlamlıq durumu yaxşıdır və o sağdır.
Qeyd edək ki, dekabrın ortalarında Nigeriya ordusu Zarya şəhərində şiələrin toplaşdığı Bəqiyyətullah hüseyniyyəsi və Şeyx Zəkzakinin evinə hücum edib. İnsan haqları təşkilatları Nigeriya ordusunun Kaduna əyalətində Zarya şəhərinə hücum zamanı ən az 300 Əhli –Beyt (ə) tərəfdarının öldürüldüyünü elan ediblər. Bəzi məlumatlara görə, hücum zamanı 1000 –dək şiə qətliam olunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Yanvar, 2016 14:21 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |