|
• DünyadaBanqladeşdə “Camaat-i İslam” Partiyasının lideri haqqında ölüm hökmü təsdiqləndiÖtən gün Banqladeş Ali Məhkməsi 1971-ci ildə milli azadlıq hərəkatının aktiv iştirakçısı və ölkənin ən böyük partiyalaraından olan “Camaat-i İslam” Partiyasının lideri Motiur Rəhman Nizami haqqındakı çıxarılan ölüm hökmünü təsdiqləyib. Ahlibeyt.az-ın Maide.az-a istinadən verdiyi xəbərə görə,dörd hakimin iştirak etdiyi məhkəmə prosesinə sədrlik edən Surendra Kumar Sinngha bildirib ki, 2014-cü ildə dini lider barəsində dövlət ittihamı əsasında çıxarılan edam qərarından 4 dəfə şikayət verilsə də, hər dəfə rədd edilib. Dini liderin vəkilləri qərara etiraz ediblər. Camaat-i İslam Partiyası isə hökumətin bu addımına etiraz olaraq bu gündən tətilərə başlayacağını bəyan edib. Xatırladaq ki, Rahman Nizami müstəqillik mübarizəsi zamanı Pakistan ordusuna casusuluq etməkdə ittiham olunur. Motiur Rəhman Nizaminin hazırda 72 yaşı var. O 2000-ci ildən “Camaat-I İslam” Partiyasının lideridir. O, 2001-2006-cı illərdə Banqladeşdə qurulan koalisiya hökumətində nazir olub. Banqladeş əhalisinin sayı 140 milyon nəfərdir ki, onların 90 faizi müsəlmandır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Yanvar, 2016 12:48 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |