|
• Mənəviyyat • MənəviyyatGünahlara zəmin yaradan meyillərİnsanda bəzi xislətlər vardır ki, onları tanıyıb onlardan düzgün şəkildə istifadə etmək lazımdır. İmam Əli (ə) buyurur: «Allah-təala mələklərə ancaq əql verdi (onlar həmişə Allaha ibadətlə məşğuldurlar), heyvanlara isə ancaq qəzəb və şəhvət verdi. وَشَرَّفَ الاِْنْسانَ بِاعْطاء الْجَميعِ Amma insana onların hamısını (əql, şəhvət, qəzəb) bağışlayıb, onu şərəfli bir məxluq etdi.» Əgər insan öz əqlinin istəklərini yerinə yetirsə, onun Allah yanında mənəvi məqamı mələklərdən də üstün olacaqdır, çünki insanda qəzəb və şəhvət olduğu halda, əqlinin dediklərini yerinə yetirib; yox əgər qəzəb və şəhvət istəklərinə tabe olsa, onda heyvanlardan da aşağı səviyyədə olar, çünki o, ağlı olan halda qəzəb və şəhvətin istəklərini yerinə yetirib. Quranda öz əqlini kənara qoyub heyvani meyllərindən bəhrələnən insanlar haqqında belə oxuyuruq: اُولئِكَ كَالاَْنْعامِ بَلْ هُمْ اَضَلُّ سَبِيلاً «Heyvan kimidir onlar, yox heyvandan da betərdilər, doğru yoldan daha uzaq düşüblər».(179.,"Əraf”) Din alimlərinin dediklərinə əsasən, insanda üç qüvvə vardır ki, günaha zəmin yaradır. Şəhvət qüvvəsi. Bu qüvvədən düzgün şəkildə istifadə olunmazsa, insanı fəsada və çirkab bataqlığına tərəf yönəldib onu batırar. Qəzəb qüvvəsi. Bu qüvvə insanın qəzəblənməsinə səbəbdir. Qarşısı alınmazsa, insanı başqalarına zülm, təcavüz və əziyyət etməyə vadar edər. Vəhşiyyə qüvvəsi. Bu qüvvə insanı özünü uca tutmaq, bütün şeyləri özü üçün istəmək, başqalarının hüququna təcavüz etmək və bu kimi günahlara yönəldir. Bu üç qüvvə insanın vücudunda zəruridir. Lakin əgər onlardan düzgün istifadə olunmasa, istənilən qədər günahların meydana gəlməsinə zəmin yaradacaqlar. Qəzəb qüvvəsi onun üçün lazımdır ki, özünü qoruya bilsin. Eləcə də şəhvət qüvvəsi təbii istəklərə cavab vermək və nəsil artırmaq üçün lazımdır. Lakin bu iki lazımlı qüvvə öz hədlərini aşsa və onlardan düzgün istifadə olunmasa, cəmiyyətdə çoxlu cinayətlər və cinsi əxlaqsızlıqlara səbəb olacaqlar. Yaşadığımız cəmiyyəti və yaxud özümüzü günahdan təmizləmək istəsək, gərək nəfsin istəklərindən və heyvani xislətlərdən düzgün yolda istifadə edək. İmam Sadiq (ə) buyurur: ما مِنْ مُؤْمِنِ اِلاّ وَلِقَلْبِهِ اُذُنانِ فِي جَوْفِهِ، اُذُنٌ يَنْفُثُ فِيها الْوَسْواسُ الخنّاسُ وَاُذُنٌ يَنْفُثُ فِيهَا الْمَلَكُ... İmanlı şəxsin qəlbi iki hissədən ibarətdir: Şeytanın vəsvəsə etdiyi yer və Mələklərin daxil olduğu hissə. YAXŞI VƏ PİS NİYYƏT HAQQINDA Yaxşı niyyət yaxşı işlərə səbəb olur, əksinə pis niyyət çirkin işlərə zəmin yaradır. İslam Peyğəmbəri (s) buyurur: نثيَّةُ الْمُؤْمِنِ خَيْرٌ مِنْ عَمَلِهِ وَنِيَّةُ الْكافِرِ شَرٌّ مِنْ عَمَلِهِ وَكُلُّ عامِل يَعْمَلُ عَلى نِيَّتِهِ «Möminin niyyəti onun əməlindən yaxşıdır. Kafirin niyyəti isə onun əməlindən pisdir və hər bir şəxs öz niyyəti əsasında iş görür».(Üsuli-kafi, 2-ci cild, 84-cü səh. Üsuli-kafi, 2-ci cild, 125-ci səh.) İnsanın niyyəti və fikri onun həyatında gördüyü bütün işlərin mənşəyi və mərkəzidir. Əgər bu mərkəz sağlam olsa, onda insan yaxşı işlərlə məşğul olacaq, yox əgər çirkin olsa, onda insanın günah və fəsadla məşğul olmasına gətirib çıxaracaq. Mömin şəxsin fikri və niyyəti sağlam olduğu üçün onun işləri də düzgün və təmiz olar. Onun sağlam fikri həyatında yalnız yaxşı əməllərlə məşğul olmasına zəmin yaradır. Əksinə kafir şəxsin çirkin fikri və bəd niyyəti, pis işlərin yaranmasına səbəb olur. Onun fikri o qədər bulaşıqdır ki, hər bir zaman ən böyük günahları belə etməkdən çəkinməz. İmam Sadiq (ə) buyurur: «Cəhənnəm əhli ona görə həmişəlik cəhənnəmdə yanacaqdır ki, onların fikirləri bu idi ki, dünyada əbədi qalsalar da Allahın əmrindən boyun qaçırıb, günah etsinlər. Və behişt əhli ona görə həmişəlik behiştdə qalacaqlar ki, onlara dünyada əbədi ömür nəsib olsaydı, Allaha itaət və ibadət etmək niyyətindən dönməzdilər. Ona görə hər iki dəstə öz niyyətlərinə görə qiymətləndirilir». Sonra o həzrət bu ayəni oxudu. قُلْ كُلٌّ يَعْمَلُ عَلى شاكِلَتِهِ «De (ey Peyğəmbər) hər bir kəs öz fikri, niyyəti əsasında iş görür». Yemək halal, yaşayış mühiti və eləcə də dost yaxşı olarsa, insanın fikrinin sağlam olmasına səbəb olacaq, yox əgər yemək haram, mühit qeyri-sağlam və dost pis yoldadırsa, onda insan istər-istəməz düşdüyü vəziyyətə uyğun tərbiyələnəcək və dünyadakı pis əməllərinin sayı artacaq. İnsanın yaxşı və ya pis əməl sahibi olmasının səbəblərindən biri də məhəbbət və ədavət hissləridir. Bir şeyə məhəbbət ona aludə olmağa və bir şeyə ədavət etmək ondan çəkinməyə səbəb olar. Bu məsələ o qədər əhəmiyyətlidir ki, İmam Sadiq (ə) buyurur: وَهَلِ الاْيمانُ اِلاّ الْحُبُّ وَالْبُغْضُ «Allaha iman gətirmək, məhəbbət və ədavətdən başqa bir şey deyil». Insanın bir şeyə nə qədər məhəbbəti olsa, bir o qədər də onu əldə etməyə çalışır. Eləcə də nə qədər bir şeyə nifrətli olsa, bir o qədər də ondan qorunmağa, uzaq olmağa çalışar. İslam dini də məhəbbət və nifrətin insanın gördüyü işlərdə yüksək təsir qoyduğu üçün onların öz qanunları əsasında formalaşmasına çalışır. İnsanın gördüyü işlərə daha bir səbəb onun düşüncə tərzidir. Sağlam düşüncə təmiz məhsul verər. Əksinə pis dünyagörüşün nəticəsi də zay məhsul olar. «Qəsəs» surəsinin 83-cü ayəsində oxuyuruq: تِلْكَ الدّارُ الاْخِرةِ نَجْعَلُها لِلَّذِينَ لا يُرِيدُونَ عُلُوّاً فِي الاَْرْشِ وَلا فَساداً وَالْعاقِبَةُ لِلْمُتَّقينَ «Odur axirət evi! Onu o kəslərə verərik ki, yer üzündə lovğalıq etməyiblər və qarışıqlıq salmaq və fəsad törətmək fikrində deyillər, gözəl aqibət də təqvalılara məxsusdur.» Bu ayəni izah etmək istəsək, lovğalıq və fitnə-fəsad törətməyin haqqında fikirləşməyin belə günah olduğunu görərik. İmam Əli (ə) buyurur: «Hər kəs öz ayaqqabısının bağının dostunun ayaqqabısının bağından yaxşı olmasından qürrələnsə, (və bunu özünə fəxr bilsə) bu ayə o kəsə şamildir».(Nəhcül-bəlağə, 53-cü məktub.) O həzrət başqa bir hədisdə buyurur: مَنْ كَثُرَ فِكْرَهُ فِي الْمَعاصِي دَعَتْهُ اِلَيْها «Hər kəs günah etmək haqqında çox fikirləşsə, (bu fikirlər) onu günah etməyə vadar edər». Yəni günah haqqında fikirləşmək insanın fikir mərkəzini bulaşdırır. Bu halda o, Allaha ibadət nuruna deyil, günahın qaranlığına daha yaxındır. Günahdan uzaqlaşmaq istəyən kəs əvvəlcə günaha zəmin yaradan səbəbləri tanıyıb onların inkişafına mane olmalıdır.İnsan bu yolda həm günaha zəmin yaradan amilləri, həm də onları məhv etməyin yollarını bilməliyik. Günaha səbəb olan amilləri araşdırdıqda görürük ki, hər biri bir növ günaha zəmin yaradırlar. Biz isə burada onlardan ən əhəmiyyətli olanlarını araşdırmağa çalışacağıq. Bu amillər aşağıdakılardır: 1. Günahın mədəniyyət və tərbiyə ilə bağlı amilləri. 2. Ailə mühiti ilə bağlı amillər. 3. İqtisadi məsələlərlə bağlı amillər. 4. İctimai mühitlə bağlı amillər. 5. Psixoloji cəhətlərlə bağlı amillər. Ardı var.. Möhsin Qiraətinin Günahşünaslıq kitabından xülasə Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Yanvar, 2016 15:42 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |