إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Sevilya Universitetinin professoru İslam dinini qəbul edib

Sevilya Universitetinin rektoratlığının binası

Sevilya Universitetinin fizika elmləri doktoru, professor Dieqo Qomes Qarsia(Diego Gómez García) 4 noyabr tarixində İranın Madriddəki Mədəniyyət Mərkəzinə təşrif buyuraraq İslam dinini qəbul edib.

Professor İslam dininə təşrif buyurmasının səbəbini açıqlayaraq deyib ki, Quranı mütaliə etdikdən sonra bu nəticəyə gəldim ki, İslam dini insanın bütün ehtiyaclarına və tələblərinə cavab verən bir dindir. Həmçinin İslam dini mütərəqqi dini məhfumların və həqiqətlərin kamil toplusudur. Buna görə qərara gəldim ki, həqiqi din olan İslam dinini qəbul edim.

Öz növbəsində Mədəniyyət Mərkəzinin rəhbəri Dieqo Qomesi İslam dinini qəbul edib Cəfəri məzhəbini seçdiyinə görə təbrik edərək ona ispan dilində Qurani-Kərim hədiyyə edib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Noyabr, 2011  17:14 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!