إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Türk ordusu İraqdan çəkilir

Mosuldakı hərbçilərin bir hissəsi yerini dəyişir - Türkiyə İraqdan qoşununu çıxarır

Ahlibeyt.az-ın Anspress-əistinadən  məlumatına görə, bu barədə "Reuters"agentliyi yazıb.

Məlumata görə, Türkiyə Mosuldakı Başika düşərgəsindəki hərbçilərinin bir hissəsini şimala doğru hərəkət edir.

Agentliyin mənbələri bildiriblər ki, cümə günü baş nazirlik tərəfindən yeni nizamnamə açıqlanıb. Hərbçilərin yerdəyişməsi də bu çərcivədə olacaq.

Aralarında tankların da olduğu 10-12 maşınlıq karvan artıq yerini dəyişib.
Türkiyənin ötən həftə Başika düşərgəsinə göndərdiyi hərbi birliklər sərt reaksiyalara səbəb olmuşdu. Milli İstihbarat Təşkilatı (MİT) müstəşarı Hakan Fidan və Daxili işlər nazirinin müşaviri Feridun Sinirlioğlu Bağdada gedərək təmaslarda olublar.

"Başikadakı düşərgəyə göndərilən hərbi hissələrlə bağlı tələblərdə İraq hökumətinin həssaslığı nəzərə alınaraq dəyişiklik edilib".
Amma bu açıqlamaya baxmayaraq, rəsmi Bağdad etirazını BMT Təhlükəsizlik Şurasında gündəmə gətirməyə hazırlaşır.

Bir neçə gün öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk hərbçilərinin İraqa daxil olmasının səbəbini açıqlayıb.
Ərdoğan bildirib ki, Türkiyə qoşunu İraqın şimalındakı bazada ölkə rəhbərliyinin xahişi ilə yerləşdirilib.

“Hərbçilərimiz Başika bölgəsinə ilk dəfə İraq prezidenti Fuad Məsumun xahişi ilə 2014-cü ildə yerləşdirilib”, deyə Türkiyə prezidenti bəyan edib.

Dekabrın 4-də “Türkiyə Silahlı Qüvvələri” (TSK) 2 ildən artıq müddətdir
Şimali İraq Mosul əyalətinin Türkiyə sərhədinə yaxın Başika bölgəsində peşmərgə və İŞİD əleyhdarı digər qruplara hərbi təlim keçən desant birliyində dəyişiklik edib. Bölgədəki 80-90 türk əsgərinin sayı 138-ə çatdırılıb.

Bundan başqa bölgədə fəaliyyət göstərən, 25 tankdan ibarət zirehli qoşun birliyində də dəyişiklik olub. Zirehli birliyin tərkibində olan hərbçi sayı da nəzərə alındıqda, bölgədəki türk hərbçi sayının ən azı 300 olduğu bildirilir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Dekabr, 2015  15:24 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!