إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Cavad Lənkərani onun adından Nardaran hadisələri barədə yayılan xəbəri təkzib edib

"Din və millətlər arasında fitnə salanlar fürsət dalınca gəzirlər ki, bu fürsətlərdən öz məkrli siyasətlərini həyata keçirdərək qəlblərindəki kini aşkar etsinlər. Sosial şəbəkələrdə yayılan bu xəbər də həmin məkr və hiylələrdən biridir"

Ahlibeyt.az-ın Salamnews-a istinadən məlumatına görə,bunu Ayətullah Cavad Lənkərani sosial şəbəkələrdə onun adından yayılan fikirlərə münasibət bildirərkən deyib.

Məlumata görə,mərhum Ayətullah əl-üzma Şeyx Fazil Lənkəraninin Moskva şəhərindəki ofisindən bildirilib ki, Ayətullah Cavad Lənkərani onun adından yayılmış fikirləri təkzib edib və qeyd edib ki, bu kimi xəbərlər islam dininin və iki qardaş xalqın düşmənləri tərəfindən məqsədli şəkildə yayılır.

O, bəyan edib ki, Azərbaycanın Nardaran kəndində baş verən hadisələrlə bağlı indiyədək heç kəs ona sualla müraciət etməyib və o, bu barədə indiyədək heç bir açıqlama ilə çıxış etməyib. Nüfuzlu din alimi vurğulayıb ki, ondan dini məzmunlu suallar soruşulduqda hər kəsə yalnız "əmr be-məruf" (yaxşılığa dəvət) və "nəhy əz-münkər" (pisliklərdən çəkindirmə) prinsipləri çərçivəsində və müvafiq şəraitə uyğun şəkildə addım atmalarını tövsiyə edir.

Ayətullah Şeyx Cavad Lənkərani inanclı insanları bu cür fitnələrə uymamağa və ayıq-sayıq olmağa çağırıb.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Dekabr, 2015  15:52 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!