|
• DünyadaMüsəlmanlara qarşı bəyanat Trampa baha başa gəldiDonald Trampın prezidentliyə namizədliyi ləğv edilə bilər - ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizədliyini irəli sürən milyarder Donald Trampın namizədliyi ləğv edilə bilər Ahlibeyt.az-ın Anspress-ə istinadən məlumatına görə, belə bir bəyanatla Ağ Ev rəsmiləri çıxış ediblər. "Trampın müsəlmanlarla bağlı şərhi onu demək olar ki, prezidentlik hüququndan məhrum edib" - deyə Ağ Evin mətbuat katibi Coş Ernst bildirib. "İndi bizim öyrənmək istədiyimiz əsas məsələ - digər respublikaçı-namizədlərin ona səs verib verməyəcəyidir. Trampın dedikləri onu prezident postuna dair aparılan mübarizədən diskvalifikasiya etməlidir."Ağ Evin nümayəndəsi həmçinin bildirib ki, siyasətçinin ifadələri ölkənin milli təhlükəsizliyinə hədədir. Nüfuzlu “Financial Times” qəzeti yazır ki, Donald Trampın bu çıxışı Azərbaycana yatırdığı sərmayəsini təhlükə altına atır. Bu 69 yaşlı Donald Trampın ilk qalmaqallı açıqlaması deyil. Bu ilin iyunun16-da ABŞ prezidentliyinə namizədliyini irəli sürdüyü haqda açıqlama verən milyarder meksikalı miqrantları cinayətkar adlandırıb. Onun sözləri dünyada birmənalı qarşılanmayıb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Dekabr, 2015 17:08 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |