|
Ölkə ərazisində matəm elan olundu - Bütün teatr və konsert müəssisələrində tamaşa,konsert və filmlərin nümayişi dayandırıldıÖlkə ərazisində matəm elan olundu - Müvafiq sərəncamı Prezident İlham Əliyev imzalayıb Ahlibeyt.az-ın məlumatına görə,Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədi ilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında deyilir: "2015-ci il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə güclü qasırğanın doğurduğu qəza nəticəsində çoxsaylı insan tələfatı olmuşdur. Xəzər dənizində itkin düşənlərin axtarışı və xilas edilməsi tədbirləri davam etdirilir. Qəza nəticəsində həlak olanların ailələrinin dərin kədərinə şərik olaraq qərara alıram: 2015-ci il dekabrın 6-da Azərbaycan Respublikasının ərazisində matəm elan edilsin." Ölkə ərazisində elan olanun matəmlə əlaqədar olaraq, Mədəniyyət və Turizm Nazirliyinin strukturunda olan teatr və konsert müəssisələrində bütün tamaşa və konsertlər ləğv edilib. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda bildirilir ki, Nizami Kino Mərkəzində də bütün filmlərin yayımı dayandırılıb. Qeyd edək ki,rəsmi məlumata görə hadisə baş verən zaman platformada 64 nəfər olub. Onlardan 2-si dünyasını dəyişib, 33 nəfər təxliyyə olunub. 29 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib. Ötən gün başlayan axtarış-xilasetmə əməliyyatları bu gün səhərdən dalğıcların cəlb olunması ilə davam etdirilir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Dekabr, 2015 15:31 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |