|
• DünyadaKərbəlaya "Ərbəin" mərasiminə gələn zəvvarların sayı 26 milyonu ötdüBu il Kərbəlaya İmam Hüsey(ə)ın Ərbəin mərasiminə(İmamın Şəhadətinin 40 mərasimi)gələn zəvvarların sayı 26 milyonu ötüb Ahlibeyt.az-ın Faktxeber-ə istinadən verdiyi xəbərə görə, bu barədə Alsumaria.tv məlumat yayıb. Bu il İmam Hüseynin(ə) Ərbəin mərasimində iştirak etmək üçün İraqın Kərbəla şəhərinə ziyarətə gələn zəvvarların sayı pik həddə çatıb. İraqın Nəqliyyat Naziri Baqir Əl-Zubeydi bununla bağlı açıqlamasında vurğulayıb ki, hal-hazırda Kərbəla şəhərinə daxil olan zəvvarların sayı 26 milyon nəfərdir. Dünyanın ən böyük ictimai toplusu kimi qeydə alınan Ərbəin zəvvarlarının bu ilki sayı ötən illərə nisbətən demək olar 2 dəfə artıb. 60 ölkədən artıq zəvvar axını ilə üzləşən Kərbəla və ətraf şəhərlər, terror təhlükəsinin olmasına baxmayaraq, İraq təhlükəsizlik qüvvələri tərəfindən yüksək səviyyədə qorunmaqdadırlar. Gələn zəvvarların əksəriyyəti yüzlərlə kilometr məsafəni piyada qət edərək, Kərbəla şəhərinə çatıblar. Qeyd etmək lazımdır ki, bu ilki Kərbəla zəvvarlarının sayı Həcc mərasimində iştirak edənlərin sayından təxminən 10 dəfə artıq olub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Dekabr, 2015 18:17 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |