|
Susmaq peşmançılıqdan amanda qalmaqdır...Sükut həqiqət əhlinin məsləki, dünyanın sabit və dönməz həqiqətlərinə bəsirət gözü ilə baxanların şüarıdır Həzrət Əli (ə) oğlu imam Həsən (ə)-a belə vəsiyyət etmişdir: “Susmaq peşmançılıqdan amanda qalmaqdır, susmaqla itirdiyin mənfəəti ələ gətirmək, danışmaqla itirdiyin faydalırı ələ gətirməkdən asandır. İmam Sadiq (ə) həzrət Peyğəmbəri-Əkrəm (s)-in belə buyurduğunu nəql etmişdir: “Allah-taala bədən üzvlərindən ən çox dilə əzab verər. Dil deyər ki, İlahi, nə üçün hər bir şeydən çox mənə əzab verdin. Ona deyilər ki, sənin dediyin bir söz yerin şərqini və qərbini bürüdü, onunla nahaq qanlar töküldü, məzlumların malı qəsb olundu və camaatın namusuna ləkə yaxıldı. And olsun izzət və cəlalıma, bədən üzvlərindən heç birinə layiq görmədiyim əzabla səni cəzalandıracağam.” -Sükut hər növ rahatlığın açarı, dünya və axirətin asayişidir. -Sükut Allahın razılığına səbəb olur. -Sükut qiyamət günü haqq-hesabın yüngül olmasına səbəb olur. -Sükut xatalardan və uçurumlardan qorunmaq vasitəsidir. -Sükut nəfsani qüvvələri boğmaq üçün vasitədir. -Sükut nəfsin rahatlığı üçün vasitədir. -Sükut Allaha edilən ibadət və münacatların ləzzətini dərk etmək üçün vasitədir. -Sükut qəlbi sərtlikdən təmizləyir. -Sükut həya və təqva qazanmaq üçün vasitədir. -Sükut təfəkkürün, ağlın və mürüvvətin artmasına səbəbdir. -Sükut vasitəsilə insan düşüncəli və gözüaçıq olur.” İmam Əli (ə) buyurmuşdur: “İnsanın yerinə yetirdiyi ibadət və itaətlərin arasında ən asanı, eyni zamanda Allah dərgahında ən qiymətlisi söz (dil) ilə yerinə yetirilən ibadətdir.”“İnsanın batini dili altında gizlənmişdir.” -Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Dilin fitnə-fəsadı qılınc zərbəsinin yaratdığı fəsaddan daha kəskindir.” -Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “İnsanın qəlbi düzəlməsə, imanı düzəlməz və dili düzəlməsə, qəlbi düzəlməz.” -Loğman öz övladına buyurdu: “Ey övladım! Çox vaxt mən danışdığıma görə peşman olmuşam, lakin sükut etdiyim üçün təəssüflənməmişəm.” -İmam Sadiq (ə) buyurmuşdur: “Ey şiələr, bizim üçün zinət olun, rüsvayçılıq səbəbi olmayın Camaatla yaxşı davranın, dilinizi yersiz danışmaqdan və nalayiq sözlərdən qoruyun.” -İmam Səccad (ə)-dan danışmaq və susmağın hansı birinin ən fəzilətli olduğu barəsində soruşduqda, o həzrət buyurdu: “Onların hər ikisinin özünəməxsus bəlası var. Əgər hər ikisinin eyblərini götürsək, danışmaq susmaqdan fəzilətlidir.” Soruşdular ki, bu necə ola bilər? Həzrət cavab verib buyurdu: “Çünki Allah-taala peyğəmbərləri susmaq üçün deyil, danışmaq üçün göndərmişdir. Susmaqla cənnəti və Allahın vilayətini almaq olmaz. İnsanları sükutla cəhənnəmdən qorxuza bilməzsən. Allahın qəzəbindən sükutla (duaya işarə edir) qurtarmaq olmaz.” Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Dekabr, 2015 16:20 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli2 Oktyabr, 2023 Prezident İlham Əliyev: Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdik27 Sentyabr, 2023 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |