إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Gürcüstanda Müsəlman və Xristian Dini İcmalarının Patriarxlıq İqamətgahında görüşü keçirilib

Ötən axşam Gürcüstan Müsəlmanları İdarəsinin din rəhbərləri və din xadimləri Gürcüstan Patriarxı II İlya ilə Patrirxlıq iqamətgahında bir araya gəldilər

Ahlibeyt.az-a GMİ-dən verilən məlumata görə,  Pravoslav Kilsəsi rəhbərliyinin və Dini Məsələlər üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə keçirilən görüşdə son günlər dünyada cərəyan edən proseslər və terror aksiyalarına qarşı hər iki dini icmaların birgə mübarizə və s. məsələlər müzakirə olundu.

Din rəhbərləri və Dövlət Agentliyinin sədri çıxışlarında qeyd ediblər ki, İslam dini sülh, xeyirxahlıq və bərabərlik dinidir. Lakin bəzi qüvvələr öz çirkin niyyətlərini həyata keçirmək üçün müxtəlif dinlərdən, o cümlədən islam dinindən istifadə edirlər.

İslam dininin terrorla əlaqələndirilməsi yolverilməzdir. Son günlər din adına çıxış edən terror qruplaşmaları ölkəmizi də təhdid edir. Bu kimi problemlərin və ümumiyyətlə ölkədə dini və ictimai sahədə bir çox məsələlərin həllində dini icmaların birgə əməkdaşlıq çərçivəsində səy göstərməsi olduqca təsirlidir və mühüm əhəmiyyət kəsb edir.


Sonda Gürcüstan Müsəlmanları İdarəsinin şeyx və müftiləri tərəfindən Gürcüstan Patriarxı II İlyaya hədiyyələr təqdim olundu, xatirə fotoları çəkildi.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Dekabr, 2015  16:07 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!