|
• DünyadaƏlimizdəki bu 100 sənəd təqdim etməklə ABŞ-ı dünyada utanc vəziyyətinə gətirəcəyikAyətullah Seyyid Əli Xamenei İranın paytaxtı Tehranda 1979-cu ildə iranlı tələbələr tərəfindən ABŞ-ın bu ölkədəki səfirliyinin işğal edilməsinin növbəti il dönümü münasibətilə tələbələr qarşısında çıxış edib. O, çıxışı zamanı ABŞ-ı “dünyanın ən böyük terrorçusu” adlandırıb. Onun sözlərinə görə, əllərində ABŞ-ın terrorçu mahiyyətini və İranda, o cümlədən Yaxın və Orta Şərqdə törədilən terrorlarda əli olmasını sübut edən möhkəm dəlillər var. "Əlimizdəki bu 100 sənəd təqdim etməklə ABŞ-ı dünyada untanc vəziyyətinə gətirəcəyik. Bu sənədlərin mahiyyətinin elan edilməsi ABŞ-ın üzərindən insan haqlarının müdafiəçisi və terrora qarşı mübariz pərdəsini atacaq”. – deyə Ayətullah Seyyid Əli Xamenei bəyan etmişdir.Ali dini rəhbər İranın Səudiyyə Ərəbistanın Vaşinqtondakı səfirinə sui-qəsd planlaşdırması barədə yayılan xəbərləri kəskin şəkildə tənqid edib. O, deyib ki, bu ABŞ-da hazırda baş qaldıran xalq üsyanından ictimaiyyətin fikrini yayındırmaq məqsədi güdür. Amma ali dini rəhbər əlindəki sənədlərin nə zaman dünya ictimaiyyətinə açıqlayacağını bildirməyib. deyerler.org Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Noyabr, 2011 23:49 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |