|
|
Nardaran hadisəsində öldürülənlər dəfn olunub Noyabrın 26-da Nardaran qəsəbəsində baş vermiş qarşıdurma zamanı öldürülmüş 3 nəfər qəsəbə sakininin meyiti bu gün səhər saatlarında ailələrinə təhvil verilib.
Ahlibeyt.az-ın vediyi xəbərə görə, Qəsəbə sakininin Trend-ə verdiyi məlumatda bildirilir ki, meyitlər məhdud sayda ailə üzvünün iştirakı ilə dəfn olunub.
Xatırladaq ki, öldürülən kən sakinləri Fərahim Bünyatov, qardaşı Rəfael Bünyatov və Əkbər Babayevdir.
Bundan əlavə, həlak olanlardan iki nəfər Abbas Hüseyni və Sarvan Səfərov başqa rayondan olduğu üçün onların verilib-verilməməsi haqda məlumat yoxdur.
Noyabrın 26-da Nardaran qəsəbəsində hüququ-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı yaranmış qarşıdurma nəticəsində yaralananlardan hələ də xəstəxanada qalanlar var.
Bu barədə 3 saylı şəhər Klinik Xəstəxanasının baş həkimi Fikrət Zeynalov məlumat verib. Baş həkim bildirib ki, hadisə nəticəsində xəsarət alan 3 nəfər hələ də xəstəxanada müalicə alır. Yaralıların vəziyyəti normaldır və həyatı təhlükəsi yoxdur.
Xatırladaq ki, noyabrın 26-da hüquq-mühafizə orqanları əməkdaşlarının Nardaranda keçirdikləri əməliyyat zamanı 2-si polis olmaqla 7 nəfər öldürülüb, bir neçə nəfər isə yaralı vəziyyətdə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilmişdi.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Dekabr, 2015 14:45 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |