إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İki cildli “Müasir Azərbaycan ədəbiyyatı” antologiyası nəşr olunub

Azərbaycan Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin ikicildli “Müasir Azərbaycan ədəbiyyatı” (nəsr və poeziya) antologiyası işıq üzü görüb.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Mərkəzdən verilən məlumatda bildirilir ki,Moskvanın “U Nikitskix vorot” nəşriyyatı tərəfindən nəfis tərtibatla nəşr olunmuş ikicildlikdə Azərbaycanın məşhur yazıçı və şairləri ilə yanaşı, müasir ədəbi gəncliyin nümayəndələri də təmsil olunur.

İkicildlik, Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə tanıdılması və təbliği ilə bağlı Mərkəzin həyata keçirdiyi irimiqyaslı “Milli Ədəbiyyatın Təbliği” layihəsi çərçivəsində nəşr olunmuşdur. Hər iki kitabın önsözünün müəllifi, Rusiya Yazıçılar Birliyinin sədr müavini, tanınmış yazıçısı Valeri İvanov-Taqanskidir.

Kitabların təqdimat mərasiminin yaxın vaxtlarda Rusiya Yazıçılar Birliyinin iştirakı ilə Moskvada keçiriləcəyi nəzərdə tutulur.

Foto: İki cildli “Müasir Azərbaycan ədəbiyyatı” antologiyası Moskvada işıq üzü görüb / Mədəniyyət

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Dekabr, 2015  13:31 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!