|
• DünyadaMüsəlman gənc ABŞ hökümətindən 15 milyon dollar kompensasiya tələb edirABŞ-ın Texas ştatında evdə bir müddət əvvəl hazırladığı saatı müəllimlərinə göstərmək üçün məktəbə aparan 14 yaşlı Əhməd Məhəmməd bomba gəzdirdiyi şübhəsi ilə saxlanılmasına cavab olaraq 15 milyon dollar məbləğində kompensasiya tələb edir. Ahlibeyt.az-ın Report.az-a istinadən verdiyi xəbərə görə,TASS agentliyinin məlumatında bildirilir ki, Ə.Məhəmmədin ailə üzvləri və vəkilləri artıq İrvinq şəhərinin meriyasına qarşı məhkəmə iddiası qaldırıblar.İddiaya görə meriyadan 10 milyon,şagirdin təhsil aldığı məktəbin 5 milyon dollar həcmində təzminat ödənilməsi tələb olunur. Sentyabrın 14-də baş verən hadisə sosial şəbəkələrdə ciddi etiraza səbəb olmuşdu. Hərtta prezident Barak Obama da öz twitter hesabından "Qəşəng saatdır. Onu Ağ Evə gətirmək istəyərsən? Biz sənin kimi bir çox uşağı elmə həvəsləndirməliyik. ABŞ-ı qüdrətli edən budur” sözlərini yazaraq uşağı Ağ Evə dəvət etmişdi. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Noyabr, 2015 11:47 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |