إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Səudiyyə kralı İran prezidentini Həcc ziyarətinə dəvət edib

The Daily Star Iranın Səudiyyədəki səfiri Məhəmməd Hüseyniyə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı kralı Abdullah bin Əbdüləziz İran prezidenti Mahmud Əhmədinejatı Həcc ziyarətinə dəvət edib.

Məhəmməd Hüseyni artıq İran prezidentinin dəvəti qəbul etdiyini və həftənin axırlarında Səudiyyəyə yola düşəcəyini bildirib.

İran prezidentin KİV-lə əlaqələri üzrə müşaviri Əli Əkbər Cavanfekr bildirib ki, əvvəllər belə hal baş verməyib. Əhmədinejatın səfəri iki ölkələr arasında münasibətlərin əsas inkişaf nişanı olacaq.

lenta.ru

Qeyd edək ki, İran mətbuatında bu xəbər barədə heç bir məlumat yoxdur.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Noyabr, 2011  23:02 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!