إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Müşriklərdən bəraət mərasimini yerinə yetirəcəyik

Ayətullah Xameneinin nümayəndəsi, iranlı hacıların kuratoru Hüccətül-İslam vəl-müslimin Qazi Əskəri Məkkədə keçirilən yığıncaqda bildirib ki, "Müşriklərdən bəraət" mərasimi hər il olduğu kimi bu il də keçiriləcəkdir. Mərasimin Ərəfat çölündə keçiriləcəyini bildirən Qazi Əskəri deyib ki, bu mərasim Həccin siyasi sütunlarındandır.

Bəzi adamların bu mərasimə qarşı çıxışlarını İslamdan bixəbər olmaları ilə əlaqələndirən Qazi Əskəri bəzilərinin İranın hətta bu mərasimə sıravi vətəndaş adı ilə öz hərbçilərini göndərməsi xəbərinin yaymasının gülünc doğurduğunu bildirib.

Düşmənlərin Səudiyyəilə İranın arasını vurmaq istədiklərini bildirən vəliyyi-əmr vəl-müsliminin nümayəndəsi deyib ki, İranın guya Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirini terror etmə xəbəri də məhz bu səbəbdən yayılmışdır. Buna inananlar gərək fikirləşsinlər axı İran bunu etməklə nə əldə edəcəkdir? Açıq şəkidə bildirirəm ki, Səudiyyə Ərəbistanı İran üçün heç bir təhlükə daşımır.

Xatırladaq ki, bir müddət öncə Məkkənin əmiri "Müşriklərdən bəraət" mərasiminin hərc-mərclik yaratdığını və bu səbəbdən keçirilməsinin qarşısının alınacağını bildirmişdi.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Noyabr, 2011  20:44 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!