|
• DünyadaSuriyalı müxalifətçi: “Qəsdən Məscidləri partladırdıq”Tunis telekanallarının birinin efirində görünən Azad Suriya Ordusu sıralarında döyüşdüyünü deyən tunisli Suriyada Bəşər Əsədə sadiq ordu ilə döyüşlərdə hansı hiylələrə və hərəkətlərə əl atdıqları barədə söz açıb. Ahlibeyt.az-ın İslam.az-a istinadən verdiyi xəbərə görə, o bildirib ki, mütəmadi olaraq məscidləri partladaraq təxribat törədiblər. - Əsas hədəfimiz də sünni kəsim üçün önəmli olan Əbu Bəkir, Aişə, Ömər adlarını daşıyan məscidlər idi. Çünki Suriya ordusunun böyük hissəsi sünnilərdir. Biz də sünnilər üçün müqəddəs sayılan məscidləri bombalayır, sonra isə xəbər yayırdıq ki, bunu rejim tərəfdarları edib. Sünnilərdən bəziləri ordu sıralarını tərk edib bizə qatılırdılar. Eyni zamanda xalqı şiələr və ələvilərə qarşı da qaldırmış olurduq. Sabiq terrorçu veriliş əsnasında bildirib ki, məscidlər dağıdıldıqdan sonra divarlarda bu əməllərin kim tərəfindən törədilməsində şübhə yaranmasın deyə xüsusi yazılar da yazıblar. Məsələn, “Allah, Suriya, Əsəd və BƏƏS” , yaxud “Vətəndən başqa ilah, BƏƏSdən başqa da Rəsul yoxdur”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Noyabr, 2015 14:26 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |