إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

ABŞ və İsrail sünni-şiə ixtilafını qızışdırmaqla İslam vəhdətini pozmaq istəyir

Misirin vəqflər naziri Məhəmməd Əbdül-Fazil əl-Qousi "Fars" agentliyinə Misir inqilabını, inqilabdan sonrakı dövrü və Qərbin dünyada müsəlmanlara qarşı planları barədə müsahibə verib.

Nazir müsahibəsində nazirliyə tabe olan mübəlliğlərin Misir inqilabında mühüm rol oynadıqlarını bildirərək deyib ki, inqilabçıları Təhrir meydanında və digər meydanlarda diktatora qarşı ayağa qaldıran nazirliyin əl-Əzhərə bağlı mübəlliğləri olublar.

Hal-hazırda da düşmənlərin Misirdə hərc-mərclik yaratmalarının qarşısını almaq üçün mübəlliğlərin fəaliyyət göstərdiklərini bildirən əl-Qousi deyib ki, inqilabdan əvvəl Misir ABŞ və İsraildən asılı olmuşdur. İnqilab baş verdikdən sonra onlar Misirin azad və qüdrətli olmaması üçün müxtəlif planlar həyata keçirməkdədirlər.

Belə planlardan birinin sünni-şiə ixtilafının qızışdırılması olduğunu bildirən əl-Qousi deyib ki, bununla ABŞ və İsrail Islam vəhdətini pozmaq və öz mənafelərini qorumaq məqsədi güdürlər. İnqilabdan sonra İranla Misirin əlaqələrinin istiləşməsinin düşmənlərdə qorxu yaratdığını deyən nazir bildirib ki, onlar yaxşı bilirlər ki, bu yaxınlaşma iki dövlətin daha da qüdrətli olması deməkdir.

Müsəlmanlarla Qərbin ixtilaf tarixinin qədim olduğunu bildirən əl-Qousi deyib ki, ilk öncə onlar müsəlmanlara qarşı Səlib yürüşləri təşkil etdilər, daha sonra Fələstində sionist rejimini yaratdılar. Sonuncu işləri isə 11 sentyabr hadisəsini icad etmələri oldu ki, bununa beyinlərdə İslamofobiya yarada bildilər. Və bu onlara kömək oldu ki, terrorizmlə mübarizə adı altında müsəlman ölkələrinə qoşun yeridə bildilər.

Dinlərin sülh şəraitində yaşamalarının zəruri olduğunu bildirən əl-Qousi deyib ki, bunun baş verməsi üçün bir neçə şərtlərə riayət olunmalıdır. Birincisi, münaqişə yarada biləcək bihudə mübahisələr edilməməlidir. İkincisi, digər dinin nümayəndələrinin müqəddəsatı təhqir edilməməlidir. Üçüncüsü, mübəlliğlər bilməlidirlər ki, onların vəzifəsi ixtilaf və düşmənçilik yox, sülh və qardaşlıq yaratmaqdır. Dördüncüsü isə budur ki, mübəlliğlər təbliğatlarında əxlaq və ədalətə riayət etməlidirlər. Bütün bunlara riayət olunarsa, insanlar arasında sülh və əmin-amanlıq təmin edilmiş olar.

İslam dünyasının dini konfranslarda və iclaslarda daha fəal olmalarının zəruriliyini bildirən əl-Qousi deyib ki, hal-hazırda belə konfranslar Qərbin inhisarındadır və onlar nə istəyirlər İslam barədsində danışa bilirlər. Buna görə əl-Əzhər Universiteti xeyli səy göstərir ki, bu tip konfranslarda fəal iştirak etsin və həqiqi İslamı dünyaya tanıtdırsın.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Noyabr, 2011  20:05 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!