إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ramzan Kadirov - “Müsəlmanlar dünyanın əsas problemlərini həll edə biləcək gücə sahibdirlər "

Çeçenistan Respublikasının prezidenti Ramzan Kadirov İŞİD-ə qarşı mübarizədə müsəlman ölkələrini birliyə çağırıb

Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.az “Sputniknews”-a istinadən xəbər verir ki,Ramzan Kadırov müsəlman ölkələri liderlərinə müraciətlə bunları deyib: “Türkiyə, İran, Malaziya, İndoneziya, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Bəhreyn, Oman, BƏƏ, İordaniya, Mərakeş, əl-Cəzair və Pakistan liderlərinə çağırış etməyi özümə borc bilirəm.

Hz.Məhəmməd (s) ümmətinin çöküşünü daha nə qədər oturub izləyəcəksiniz?  Niyə birləşib bu problemi müzakirə etmirsiniz? İŞİD-i məhv etmək üçün niyə addım atmırsınız? Niyə ABŞ və müttəfiqlərinə “Artıq bəsdir!” demirsiniz?”

ABŞ-ın “Ərəb baharı”dan istifadə edərək Liviya, Tunis, Suriya, Yəmən və Misirdə daxili müharibənin fitilini yandırdığını deyən Kadırov bildirib - “Müsəlmanlar dünyanın əsas problemlərini həll edə biləcək gücə sahibdirlər. Gəncik, sağlamıq və güclüyük. Əgər birlikdə hərəkət etsək məğlub olmarıq. Hamınızı baş verənləri düşünməyə, ortaq məxrəc tapmağa və ortaq düşmənimizi əzmək üçün bir mexanizm üzərində işləməyə dəvət edirəm”

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Noyabr, 2015  15:12 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!