إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Azərbaycan və Rusiya əxlaqi böhrandan çıxış yollarını təklif edib

Rusiyanın paytaxtı Moskvada “böhranlar və dəyişikliklər dövründə din, etnos, millət” mövzusunda beynəlxalq elmi-maarifləndirici konfrans öz işini yekunlaşdırıb.

Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə, tədbir “Din azadlığı barədə” qanunun qəbulunun 25 illiyi münasibətilə keçirilib.

Dini liderlər çətin tarixi məqamda dinlər qarşısında duran tapşırıqları müzakirə ediblər.

Konfransda Rusiya ənənəvi dini icmaları, MDB və Baltikyanı ölkələrin müsəlman idarələrinin rəhbərləri və nümayəndələri, elm və ekspert icmasının nümayəndələri, maarifləndirici və elmi-araşdırma təşkilatları, dövlət və icra hakimiyyəti orqanları, Moskva şəhəri və Federasiyanın digər subyektlərinin yerli özünüidarəsinin nümayəndələri, Moskva Şəhər Dumasının deputatları, Millətlərin işləri üzrə federal agentlik, Rusiya Təhsil və Elm Nazirliyinin təmsilçiləri iştirak ediblər. Onlar böhran şəraitində dini və mənəvi dəyərlərin gələcək inkişaf yollarını müzakirə ediblər.

Problemin başlıca həlli olaraq, istənilən ekstremist hücuma qarşı dura biləcək hal kimi, görüşün, praktiki olaraq, bütün iştirakçıları "həmrəylik, qarşılıqlı yardım və insanlığı" görüblər.

Bu tapşırığın yerinə yetirilməsində bütün spikerlər başlıca rolun milli mədəniyyətlərə və ənənəvi dinlərə məxsus olduğunu ifadə ediblər.

"KİV vasitəsilə təbliğat (başlıca olaraq televiziya və internetlə) və informasiya müharibələri insanlar üçün həqiqətdə əsl mahiyyəti təhrif edir və maskalayır.

Belə qəliz vəziyyətdə nəyin pis, nəyin yaxşı olduğunu müəyyən etməkdə insanlara təyin olunmuş dəyərlər sistemi yardımçı olur. Ənənəvi dinlər xeyir və ədalət ideyalarına əsaslanıb, dövlətdə sülhün daha da davamlı edilməsinə yardımçı olur. Konstruktiv dinlərarası dialoq yaratmaqla biz problemlərə qarşı dura biləcəyik.

Belə konstruktiv dialoqa misal olaraq, Azərbaycanı göstərmək olar. Xəzəryanı respublikada Rusiyada olduğu kimi, uzun müddətdir, müxtəlif millətlərdən və dini baxışlardan olan insanlar sülh şəraitində yaşayır.

Rəsmi din olaraq islamın qəbul edilməsinə baxmayaraq, Azərbaycanda xristianlar, yəhudilər də olduqca rahat yaşayırlar.

Azərbaycandakı yəhudilər, praktiki olaraq, heç vaxt ölkədə antisemitizm təzahürləri ilə qarşılaşmayıblar. Hətta dünyada təqibin tüğyan etdiyi bir vaxtda Odlar yurduna yalnız ətrafda baş verən o dəhşətli hadisələrin xəbəri çatıb.

Azərbaycan yəhudi icmasının bir çox nümayəndələri Respublikanın siyasi, mədəni, sosial və iqtisadi həyatında fəal iştirak edirlər.", - öz hesabatında Rusiya-Azərbaycan Dostluq Mərkəzinin eksperti Aleksandr Alixanov bildirib.

Ekspertin fikrincə, zəruri olan ən yaxşısını götürmək və bunu uşaqlara nümayiş etdirməkdir: "Azərbaycanda, Rusiyada olduğu kimi, çoxlu sayda müsəlman, xristian və yəhudi yaşayır. Onlar mübahisə etmirlər, vuruşmurlar. Onlar artıq əsrlərdir, birlikdə yaşayırlar və təkcə əmək və çörəklərini deyil, dini dəyərlərini də paylaşırlar. Bu səbəbdən onlar arasında ümumi olan fərqli olandan daha çoxdur. Bu, dənizə bənzəyir. Bu dənizdə müxtəlif balıqlar üzür.

Azərbaycan müxtəlif etiqad və mədəniyyətlərə malik insanları birləşdirən böyük bir ölkədir."

 


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Noyabr, 2015  14:57 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!