إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Allahşükür Paşazadə Livana gedib

Qafqaz Müsəlmanları İdarəsinin (QMI) sədri Şeyxülislam Allahşükür Paşazadə Livana səfərə yola düşüb


Ahlibeyt.az-ın verdiyi xəbərə görə, QMİ-nin Mətbuat Xidmətinin məlumatında bildirilr ki,Şeyxülislam Allahşükür Paşazadə noyabrın 4-də Livana səfərə yola düşüb. Səfərdən məqsəd Məzhəblərin yaxınlaşması təşkilatının Ali Şurasının Beyrutda keçiriləcək toplantısında iştirak etməkdir.


Bildirilir ki, toplantıda İslam dünyasında nüfuzlu qurum olan Ali Şurada dünyada cərəyan edən hadisələr fonunda islami həmrəyliyin, məzhəblərarası anlaşmanın, ümumislami maraq və mənafelər naminə müsəlmanların vahid mövqedən çıxış etməsinin vacibliyi məsələləri müzakirə olunacaq, müsəlman aləmində tanınmış üləmaların çıxışları dinləniləcək.


QMİ sədri məşvərət toplantısında Ali Şuranın üzvü olaraq çıxış edəcək.


Şeyxülislam A. Paşazadəni səfərdə QMİ sədrinin I müavini Müfti Salman Musayev müşayiət edir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Noyabr, 2015  12:02 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!