إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Zühurun toxumu Aşurada səpilib

Bəlalar növbə ilə Peyğəmbərdən (s), Həzrət Əli (ə) və Zəhradan (ə) tutmuş gəlib aşuraya çatdı - Aşuranı məsumlar yaratdı və məsumlar da saxladı

İrfan elmi baxımından bəla və müsibtələr insanın inkişafına yol açır. Məsum şəxsiyyətlərin başına gətirilən bəlalar onlar üçün ən böyük ibadətdir. Baxmayaraq ki, İmam Hüseyn (ə) aşura müsibətini yaşadı, ancaq o bununla bağlı Allahla öz arasında əhdə vəfa etdi.

Əllamə Məclisi belə nəql edir: Allah Peyğəmbərə (s) buyurur - Üç yerdə səni imtahan edəcəm ki, səbrinin nə qədər olduğunu görəm. Birincisi budur ki, peyğəmbəlrik yolunda çətinliklər çəkəcəksən. Peyğəmbər (s) buyurdu: Hazıram! İkinci bəla budur ki, qardaşın Əli (ə) məzlum olacaq. Üçüncüsü də budur ki, övladların bəla görəcəklər. Peyğəmbər (s) buyurdu: Mən hazıram!

Beləliklə, məsum imamların bəla əhdini Peyğəmbərlə (s) bağladılar.

Bəlalar növbə ilə Peyğəmbərdən (s), Həzrət Əli (ə) və Zəhradan (ə) tutmuş gəlib aşuraya çatdı. Aşuranı məsumlar yaratdı və məsumlar da saxladı.

Deməli, aşura məsumların xidmətlərinin  məhsuludur. Aşura Həzrət Mehdinin (ə) məhsulu da olacaqdır. Belə ki, o zühur edəndə hamı başa düşəcəkdir ki, Bəqiyyətullah(İmam Zaman) Sarəllahın (İmam Hüseynin) bəhrəsidir və zühurun toxumu aşurada səpilib.

İmam Hüseyn (ə) aşura gecəsi buyurur: Aşura bir gündür, lakin onun nəticəsi zühurdur.

Mənbə:Shabestan

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Noyabr, 2015  13:12 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!