إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Tanınmış İslam alimi yol qəzasında dünyasını dəyişib

İslam aləmənin tanınmış ustadlarından sayılan, əslən Ərdəbil şəhərindən olan Adil Mövlayi vəfat edib. O, İranın Qum şəhərinin Cəfəriyyə məntəqəsində avtomobil qəzasına düşüb.

Ahlibeyt.az-ın Faktxeber-ə istinadən məlumatına görə,höccətül-İslam Mövlayi Azərbaycanda da bir sıra fəaliyyətlərlə yadda qalıb. Məhz onun elmi səyi nəticəsində “Qafqaz elm dünyasının ulduzları” adlı kitab ərsəyə gəlmişdi.

Kitabda Qafqaz ölkələrində yaşayıb-yaratmış 100 nəfər İslam aliminin həyat və fəaliyyətindən bəhs olunur. Kitab iki il yarım ərzində hazırlanıb. Bu müddət ərzində Abbasilər və Səfəvilər dövründən bu yana İslam alimləri, şeyxülislamlar haqqında məlumat toplanıb.

Bu kitabın 2013-cü ilin noyabr ayında Qafqaz Müsəlmanları İdarəsində geniş təqdimat mərasimi keçirilmişdi.

Allah rəhmət etsin

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Oktyabr, 2015  15:49 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!