إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Sizin içinizdə yaxşılığa dəvət edib pis işlərdən çəkindirən bir toplum olmalıdır

Allahın Peyğəmbəri (s) buyurur-«Mənim ümmətimin ən üstün əməli fərəc intizarında olmaq və Allahdan onun baş verməsini istəməkdir.»

Tarix boyu intizar inancından da sui-istifadələrə yol verilib. Bəziləri bu inancı təhrif edərək insanlara elə təlqin ediblər ki, bu inanca əsasən, heç bir ictimai islahat bəşəriyyətə nicat verə bilməz.

İnsanlar nicat tapmaq istəyirlərsə, Mehdinin zühurunu gözləməlidirlər. İslam tarixində hətta Həzrəti Mehdinin zülm və fəsadla mübarizə aparacağını əsas gətirib, zühurun tezləşməsi üçün müsəlmanları günah etməyə təşviq edən cərəyanlar da mövcud olub.Təbii ki, belə bir inanc bütün ilahi dinlərin məntiqinə ziddir.

İmam Sadiq (ə) buyurur: “Allaha and olsun ki,siz şüşə kimi qırılacaqsınız və şüşə qırıldıqdan sonra əridilib yenidən şüşə halına gətirilir. Allaha and olsun ki, siz gildən hazırlanmış su qabı kimi qırılacaqsınız, ancaq gil qırılıb dağıldıqdan sonra əvvəlki halına qayıtmayacaq!! Allaha and olsun ki, siz həm sınacaq həmdə ələnəcəksiniz,xarab olmuş toxum saf buğdadan ələndiyi kimi!”

Səmavi dinlərdən heç biri İslam dini qədər ictimai fəaliyyətə təkid etməyib və insanlığın müqəddəratının özündən asılı olmasını vurğulamayıb. İslam fəsad və zülmlə mübarizəni, pisliklərdən çəkindirməyi müsəlmanların əsas vəzifələrindən biri olaraq qəbul etmiş və ictimai islahatı, ədalətsevərliyi dini vəzifələrin ən ümdəsi hesab edir.

İmam Sadiq (ə) buyurur:

“Əgər 313 nəfər deyə vəsf olunanlar tamam olsaydı istədiyiniz (qiyam) dərhal gerçəkləşərdi. Amma şiələrimizin səsləri özləri eşitdiyindən uzaqa çatmaz. Və qəzəbi bədənini aşmaz. Açıqca bizi mədh etməz. Bizə düşmən olanla açıqca mücadələ etməz. Bizim eybimizi axtarmaq istəyənlə oturmaz. Bizə küfr edənlərlə oturmaz. Bizə qəzəblənənləri  sevməz, bizi sevənlərə qəzəblənməz .”

İslam dini yaxşılığa dəvət edib, pisliklərdən çəkindirmə məsələsinə o qədər önəm verir ki, bu iş üçün bir qrup insanı hazırılamağı tövsiyə edir. “Sizin içinizdə xeyrə çağıran, yaxşılığa dəvət edib pis işlərdən çəkindirən bir toplum olmalıdır, qurtuluşa çatanlar da məhz onlardır” (Ali-İmran surəsi, 104).

 

İnsan həmişə fərəc gününün intizarı ilə yaşayır. Həmin hadisənin bu gün ya da sabah baş verəcəyi ümidi ilə hazırlığını qoruyur, sayıqlığını itirmir. İmam Mühəmməd Baqir (ə) “Fərəc günü (yəni Mehdinin zühuru) nə zamandır?” sualının cavabında məhz bunu nəzərdə tutaraq buyurmuşdu: “Fərəc o zaman yetişəcək ki, siz ələkdən keçəsiniz, sonra bir də, daha sonra bir dəfə də ələnəsiniz. Pisləriniz itib, yaxşılarınız qalsın. Bax, o zaman Mehdi zühur edəcək”.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Oktyabr, 2015  14:07 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!