|
• DünyadaTürkiyədə azərbaycanşünaslıqla bağlı beynəlxalq simpozium maraq doğurubTürkiyənin Qars şəhərində "Azərbaycanşünaslığın keçmişi, bu günü və gələcəyi" mövzusunda beynəlxalq simpozium keçirilib. ahlibeyt.az-ın Salamnews-a istinadən məlumatına görə, tədbir Qars Qafqaz Universitetində fəaliyyət göstərən Azərbaycan dili və ədəbiyyatı bölməsinin 10 illik yubileyinə, həmçinin dil, folklor, ədəbiyyat, sənət və tarix məsələlərinə həsr olunub. Tədbirə Türkiyənin müxtəlif universitetlərindən, Azərbaycan, Gürcüstan, İran, Qırğızıstan, Qazaxıstan və digər ölkələrdən 100-ə yaxın alim və araşdırmaçı qatılıb. Simpoziumun açılış mərasimində Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Azərbaycanın Qars şəhərindəki baş konsulu Ayxan Süleymanlı, Qars Qafqaz Universitetinin və Ərdahan Universitetinin rektorları professor Sami Özcan, professor Ramazan Qorxmaz və başqaları çıxış edərək azərbaycanşünaslığın tarixindən danışıblar, Azərbaycan və Türkiyə arasında ortaq mədəniyyət haqqında mülahizələrini bölüşüblər. AMEA alimlərinin, Təhsil Nazirliyinin nümayəndəsi Müjkan Məmmədzadənin, Naxçıvan Dövlət Universitetinin prorektoru Surə Seyidin, Universitetin müəllimləri Mehriban Quliyevanın, Gülnarə Qəmbərovanın və digər mütəxəssislərin məruzələri konfrans iştirakçılarının böyük marağına səbəb olub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Oktyabr, 2015 11:21 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |