|
|
Nəsirəddin Tusinin “Zici-Elxani” əsərinin əlyazmasının surəti əldə edilibAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Azərbaycan alimi Nəsirəddin Tusinin “Zici-Elxani” əsərinin Paris Milli Kitabxanasında saxlanan əlyazmasının surətini əldə edib Ahlibeyt.az-ın verdiyi xəbərə görə, AMEA-dan verilən xəbərdə qeyd olunur ki, bu əsər XIII əsrdə Marağa rəsədxanasında tərtib olunmuş səma cisimləri kataloqudur və burada dünyanın müxtəlif xalqlarının təqvimləri barədə geniş elmi məlumat verilib. Əsərin bir nüsxəsi də Əlyazmalar İnstitutunda saxlanılır. “Zici-Elxani”nin Paris Milli Kitabxanasında saxlanan 126 vərəqdən ibarət nüsxəsinin bir sıra vərəqləri pərakəndədir, vaxtı ilə düzgün səhifələnməyib. Tarixi qeyd olunmasa da, nüsxənin XV əsrdə köçürüldüyünü söyləmək olar. Əlyazmanın 3-cü vərəqində onun sahibi olmuş Şeyx Məhəmməd İbrahimin qeydi var. Həmin vərəqdə nüsxənin Xacə Əsirəddin ibn Xacə Nəsirəddin tərəfindən köçürüldüyü qeyd olunub. Əsər müqəddimə və dörd məqalədən ibarətdir. Hər məqalə bir neçə babdan ibarətdir. Orta əsr astronomiya elminin inkişafında böyük rol oynamış bu əsərin AMEA-nın Əlyazmalar İnstitutunda saxlanan nüsxəsi 1404-cü ildə köçürülüb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Oktyabr, 2015 11:54 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |