|
• DünyadaAllahşükür Paşazadə Rusiyanın Suriyadakı hərbi əməliyyatları dəstəklədiyini bildiribQafqaz Müsəlmanları İdarəsi (QMİ) Rusiyanın Suriyada "İslam Dövlətinə" (İŞİD) qarşı apardığı hərbi əməliyyatları dəstəkləyir Ahlibeyt.az-ın verdiyi məlumata görə, Report.az-ın RiaNovosti-yə istinadən verdiyi xəbərdə bildirilir ki,bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə bildirib. "Bu gün xaricdən və ya daxildən müəyyən qüvvələr tərəfindən yayılan dini fanatizm və radikalizmə müqavimət göstərmək olduqca vacibdir. Onlar bizim məkanı növbəti hədəf kimi görürlər və sabitliyimizə təhdid yaradan terrorçuların planlarını pozacaq qabaqlayıcı tədbirlərin görülməsi vacibdir", - A.Paşazadə Ufada keçirilən "XXI əsrin təhsil məkanında islam idealları və dəyərləri" VIII beynəlxalq elmi-praktiki konfransın açılışı zamanı bildirib. Onun sözlərinə görə, Qafqaz müsəlmanları Rusiyanın beynəlxalq terrorlar mübarizəsini, öz əməlləri ilə İslamı terror, vandalizm, zorakılıq ilə əlaqələndirərək, onu dünya ictimaiyyətinin gözündən salan İŞİD kimi bəlanın məhv edilməsinə yönələn əməliyyatlarını dəstəkləyir. "Ekstremizm və radikalizmə yalnız dövlətlərin, ictimai-siyasi xadimlərin və dini qurumların birgə səyləri vasitəsilə müqavimət göstərmək mümkündür", - QMİ sədri əlavə edib Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Oktyabr, 2015 11:19 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |