|
• Mənəviyyat • MənəviyyatAlimlərlə ünsuyyət...Әli (ə) buyurur: «Ey camaat! Agah olun ki, dininizi yalnız elmə yiyələnməklə kamil edə bilərsiniz. Elmə yiyələnmək, sizin üçün var-dövlət əldə etməkdən daha vacibdir. Çünki, var-dövlət sizin üçün bölünmüş və hər birinizin qisməti əvvəlcədən müəyyənləşdirilmişdir. Allah onu sizin aranızda ədalətlə bölmüş və siz ona vəfalısınız. Lakin elm öz sahiblərinin yanında qorunub saxlanılır və sizlərə əmr olunmuşdur ki, onu elm sahiblərindən əldə edəsiniz. Elə isə elm əldə etməyə çalışın». İmam Zeynəlabidin (ə) buyurur: «Әgər camaat elmə yiyələnməyin nə olduğunu bilsəydilər, bütün cəfa və çətinliklərə razı olub onun ardınca gedərdi. Allah-taala Danyal peyğəmbərə vəhy edərək buyurmuşdur: «Mənim nəzərimdə insanların ən pisi o kəsdir ki, alimlərə qarşı etinasızlıq edib onların tutduqları yolu getməsinlər. Bəndələrimdən ən sevimlisi isə böyük savaba nail olmaq istəyən alimlərin davamçıları olan pəhrizkarlardır. Onların ünsiyyətdə olduğu şəxslər alim və hikmət sahibləri olarlar». İmam Cəfər Sadiq (ə) buyurur: «Həqiqətən də alimlər peyğəmbərlərin varisləridirlər. Peyğəmbərlər özlərindən sonra irs olaraq dirhəm və dinar qoymamışlar. Onların miras qoyduqları şeylər hikmətamiz hədis və buyuruqlardır. Bu hədislərdən birini öyrənən şəxs böyük mənfəət əldə etmiş olur. Bunun üçün də kimlərdən təhsil aldığınıza diqqət yetirin. Çünki bütün nəsillərdə biz Әhli-beytin (ə) adil alimləri olur ki, hədislərimizi təhrif edən və tam fərqli olaraq mənalandıran nadan və cahillərlə mübarizə edərlər» Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Oktyabr, 2015 10:50 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |