إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Vahhabilər alçaq fitrətli və xəbisdirlər

Misirin müftisi Şeyx Əli Cümə vahhabilərin "Rəsul-Hüseyn"(İmam Hüseynin(ə) başı) ziyarətgahını dağıtmaq çağrışını kəskin tərzdə tənqid edib.

Əli Cümə vahhabilərin İslam dinini düzgün anlamadığını və bunun nəticəsi olaraq onların İslam dinini təhrif etdiklərini bildirib.

O vahhabilərin öz sözlərinə dəlil olaraq Hz.Rəsuləllahdan(s) rəvayət etdikləri hədisə - "Allah yəhudi və xristianlara lənət etsin ki, öz peyğəmbərlərinin qəbirlərini məscidlərə çeviriblər" münasibət bildirərək deyib ki, Hz.Rəsuləllah(s) həmçinin müqəddəs məkanlara hörmət etməyi də bizə vacib buyurub. Bu hədis müsəlmanlara şamil oluna bilməz. Çünki Hz.Rəsuləllahın(s) Allahdan "İlahi, mənim qəbrimi ibadət olunan büt etmə!" duasını etdiyi məlumdur ki, Allah-Təala da əlbəttə ki onun duasını qəbul etmişdir.

Əli Cümə daha sonra deyib ki, bəziləri "Rəsul-Hüseyn"i sökməyə çağırışlar edirlər. Mən buradan,  əl-Əzhər məscidindən üzümü onlara tutaraq deyirəm: "Susun ey alçaq fitrətlər və ey həyasiz xəbislər! Allah sizin əl-ayaqlarınızı kəssin və bizə sizin kimilərin əlindən nicat versin. Ağamız və mövlamız Hüseyn(ə) məgər bütdür ki, bunu dilinizə gətirərək ziyarətgahı sökməyə dəvət edirsiz?".

Şeyx Əli Cümə deyib ki, Əhli-Beytin(ə) adı ilə bağlı bütün müqəddəs məkanlar misirlilərin ziyarətgahı və təbərrük etdikləri yerlərdir. Və Allah özü bu müqəddəs məkanlara dil uzadanların qarşısındadır.

Qeyd edək ki, Misirin müftisi Şeyx Əli Cümə dəfələrlə vahhabilərə və onların əqidələrinə qarşı çıxışlar etmişdir ki, bu onun vahhabilərin düşməninə çevrilməsinə səbəb olmuşdur. Son zamanlar vahhabilərin ona qarşı təbliğatı daha da artmışdır. Beləki, vahhabilər onun yolunu azdığını təbliğ etməklə məşğuldurlar. Hətta bir neçə həftə bundan öncə Cümə xütbəsini söyləyən zaman məsciddə olan vahhabilərdən biri yerindən duraraq Əli Cüməni təhqir etmişdi. Vahhabilərin onu təkfir etməsi o qədər çoxalmışdır ki, bir neçə gün bundan öncə əl-Əzhər Alimlər Şurası yığışaraq Əli Cüməyə qarşı aparılan kampaniyanı pisləyərək onu dəstəkləyən bəyanatla çıxış edib.

abna.ir

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Oktyabr, 2011  03:58 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!