|
• DünyadaDünya ŞOKDA: Rusiya Suriyada ABŞ kəşfiyyatının bazasını vurduRusiya prezidenti V.Putinin köməkçisi D.Peskov bombalayacaqları yerləri Suriya ordusu ilə birgə seçdiklərini deyib Suriyada hərbi əməliyyatlar aparan qüvvələrin arasındakı balans sürətlə dəyişir. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə lent.az beynəlxalq mediaya istinadən məlumat yayıb.
Məlumata görə,Rusiyanın hərbi hava qüvvələrinin Suriyadakı əməliyyatlara qoşulması ilə bağlı razılıq əldə ediləndən sonra İran hərbçiləri də bu ölkəyə daxil olmağa başlayıb.
Bildirilir ki, dünəndən etibarən Rusiya hərbi hava qüvvələri İŞİD-i deyil, Suriya müxalifətinin mövqelərini vurmağa başlayıb. Hətta dünən ABŞ-ın xarici kəşfiyyat idarəsi olan CİA-nin Suriyadakı bazası da bombalanıb. Bundan başqa Rusiya qurudan dəstək vermək adı ilə İran quru qoşunlarının xüsusi birləşmələrini Suriyaya daxil olmasına şərait yaradır.
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, onlar bombalayacaqları yerləri Suriya ordusu ilə birgə seçirlər. O, həmçinin ABŞ-ın Suriyadakı bazasının yalnız təlim uçuşları üçün nəzərdə tutulmuş hissəsini vurduqlarını əlavə edib.
Rusiya rəsmisi İran hərbçilərinin qurudan təmizləmə əməliyyatları aparacağını gizlətməyib.
Qeyd edək ki, son hadisələr bir çox ölkələrin planlarını tamamilə məhv edib. Türkiyənin sərhədində təhlükəsiz zona yaratmaq planı, Almaniyanın kürdlərlə işbirliyi də Rusiyanın apardığı aqressiv siyasət nəticəsində boşa çıxıb.
Qərb ölkələri isə baş verənlərin sanki şokundadır. Hələlik yalnız Fransa Rusiyanı rəsmən apardığı aqressiv hərbi əməliyyatlardan çəkinməyə çağırıb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Oktyabr, 2015 12:56 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |