|
• DünyadaAyətullah Məkarim Şirazi Həcc ziyarətinin Səudiyyənin əlində cəmlənməsinə etiraz etdiGözlər ayrılıqdan qan ağlayır, qəlblər bu böyük müsibətin atəşindən yanıb qovrulur. “İki şərif hərəm”in idarəsi üçün idarəçiliyi bilən, bacarıqlı və kifayət qədər təcrübəsi olan idarə heyəti təyin edilməlidir. Ahlibeyt.az-ın Makarem.ir-ə istinadən verdiyi məlumata görə,bunu Ayətullahul-üzma nasir Məkarim Şirazi Minada Həcc ziyarəti zamanı baş verən faciəyə münasibət bildirərkən qeyd edib. Ayətullah Məkarim Şirazi başsağlığında buyurur: Bismillahir-Rəhmanir-Rəhim İnna lillahi və inna iləyhi raciun Minada baş verən ağrılı hadisə İslam dünyasını yasa boğdu. Elə bir faciə ki, bütün ölkələrin və əziz ölkəmizin çoxlu sayda müsəlmanlarının yaralanması və tələfatı ilə nəticələndi. Gözlər ayrılıqdan qan ağlayır, qəlblər bu böyük müsibətin atəşindən yanıb qovrulur. Bəndə bütün dünya müsəlmanlarına, xüsusilə öz əzizlərini itirən ailələrə səmimi qəlbdən başsağlığı verirəm. Ümidvaram ki, onların pak ruhu ilahi rəhmətin kənarında Kərbəla şəhidləri ilə birgə məhşur olsun. Qalanlarına isə Allah gözəl səbr, ali mükafat lütf eləsin və onları qiyamət günü üçün azuqə olaraq müəyyən etsin. Bu böyük faciə məcbur edir ki, İslam alimləri bir tərəfdən, siyasətçilər digər tərəfdən ən tez halda konfranslar təşkil edib, “İki şərif hərəm”in(Məkkə və Mədinə) idarəsi üçün bir tədbir görsünlər. Hazırkı həccin öhdədarları praktiki olaraq isbat etdilər ki, bu işi görmək səlahiyyətinə malik deyillər. Bu faciənin digər illərdə, növbəti həcc mərasimlərində təkrar mümkünlüyü qorxulu bir ibadət adı altında həccin müqəddəsliyinə ağır zərbə vuracaq. İndi ki, İslam dünyasının ümumi təfəkkürü aktivdir, bu barədə tədbir görülməli, “İki şərif hərəm”in idarəsi üçün idarəçiliyi bilən, bacarıqlı və kifayət qədər təcrübəsi olan heyət təyin edilməlidir. Əlbəttə, səudililərin də bu heyətdə iştirakına heç bir maneə yoxdur. Şübhəsiz, əgər bu işdə səhlənkarlıq edilsə və Allah eləməmiş mümkün hadisələr təkrarlansa, onun məsuliyyəti artıq hər kəsin boynunda olacaq. Nasir Məkarim Şirazi Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Sentyabr, 2015 14:26 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |