إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Kəbənin yeni pərdəsi nümayiş olunub

Ərəfə günü yəni Zil-hiccə ayının 9-u Kəbəyə çəkiləcək yeni pərdə nümayiş olunub. Pərdə nümayişində bir çox ölkələrin nümayəndələri iştirak ediblər.

Nümayiş olunmuş pərdəyə Ali İmran surəsinin 96-cı ayəsinin - "Həqiqətən, aləmlərdən ötrü bərəkət və doğru yolu göstərən rəhbər kimi insanlar üçün ilk qurulan ev Bəkkədədir(Məkkə)" yazıldığı bildirilir.

Hər il Ərəfə günü həyata keçirilən bu pərdə dəyişmə mərasimi zamanı Kəbə evinin köhnə pərdəsi sökülür, Kəbə evi Kaşan gülabı və Zəm-Zəm suyu ilə yuyulduqdan sonra təzə pərdə Kəbə evinin üzərinə çəkilir. Köhnə pərdə isə hissələrə doğranaraq müsəlman ölkələrinə hədiyyə olaraq göndərilir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Oktyabr, 2011  04:50 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!