|
Dini Komitədə nəzarət markasının tətbiqi ilə bağlı görüş keçirilibSentyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə qərarı ilə əlaqədar nəşriyyat və mətbəə nümayəndələri ilə görüş keçirilib. Ahlibeyt.az-ın DQİDK-nın mətbuat xidmətinə istinadən məlumatına görə,Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra kitab, jurnal, qəzet nəşri geniş yayılıb, ümumiyyətlə, bu sahədə çox mühüm işlər görülüb və geniş rəqabət mühiti yaranıb. Dini ədəbiyyatın nəşri ilə bağlı məsələlərdə müəyyən qaydalar var ki, onlar vicdan və dini etiqad azadlığı ilə əlaqəlidir. Bu gün bütün dünyada dindən sui-istifadə halları geniş yayılıb. Komitə sədri deyib ki, Azərbaycanda dini etiqad azadlığından sui-istifadə hallarının qarşısını almaq üçün dövlət qabaqlayıcı tədbirlər görür. Dövlət milli və ictimai təhlükəsizliyini qorumaq üçün dini ədəbiyyat üzərində müəyyən nəzarət həyata keçirir ki, bu, senzura deyil. Dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasət sadəcə radikal yönümlü fəaliyyətin, o cümlədən məzhəblərarası münasibətləri qızışdırmaq, Azərbaycanda konstitusion quruluşun əleyhinə bu və ya digər formada fəaliyyət göstərmək cəhdində olan, dini pərdə altında gizlənən hər hansı qrupun qarşısını almaq üçündür. Azərbaycan dünyəvi dövlətdir və ölkəmizdə bütün dinlərin, o cümlədən ölkə əhalisinin mütləq əksəriyyətinin mənsub olduğu İslam dininin daha geniş şəkildə və düzgün öyrənilməsi qanunla tənzimlənir. Mübariz Qurbanlı nəşriyyat və mətbəələrin üzərinə düşən vəzifələrdən danışıb, bu istiqamətdə proseslərin milli maraqlar çərçivəsində həll edilməli olduğunu bildirib. Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov Nazirlər Kabinetinin müvafiq qərarından irəli gələn məsələlər, xüsusən də dini ədəbiyyatın nəşrində nəzarət markasının tətbiqi qaydaları barədə məlumat verib. Komitənin hüquq və qeydiyyat şöbəsinin müdiri vəzifəsini icra edən Bəhruz Müslümov müvafiq qərarın icrasının hüquqi tərəflərini, nəzarət markasının tətbiqinin hüquqi istiqamətləri, qanun pozuntusu baş verəcəyi halda bu sahədə qanunvericilikdə nəzərdə tutulmuş cərimələr, eləcə də İnzibati Xətalar Məcəlləsi ilə təsbit olunmuş hallarla bağlı nəşriyyat və mətbəə nümayəndələrini məlumatlandırıb. Sonda mövzu ilə bağlı suallar cavablandırılıb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Sentyabr, 2015 11:18 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |